SUBAYLIĞIN DAŞI BU QƏDƏRMİ AĞIR İMİŞ...
Tarix: 13-11-2013, 09:39 |
Çap et
Meyxanaçı Namiq Qaraçuxurlu toy tarixini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında mərasimi aprel-may ayına planlaşdırdığını deyib. Namiq ad günündə nişanlısının ona hazırladığı sürprizdən də danışıb:
“Çox gözəl ad günü keçirdim. Yaxta gəzintim baş tutmadı, mərasimi restoranların birində təşkil etdik. Ayağım ağrımasına baxmayaraq qarşılaşdığım sürpriz hər şeyi unutdurdu. Mən romantik insanam. Həmin insan da çox sağ olsun ki, belə gözəl günü mənə yaşatdı. Toya gəldikdə isə, aprel-may ayında olacaq”.
Nişanlısının ona yaxta hədiyyə etdiyi xəbərlərinə isə N. Qaraçuxurlu belə cavab verib:
“Bunlar hamısı şayiədir. Mənə yaxta bağışlamayıb. Verdiyi hədiyyə isə sirr olaraq qalsın. Bir onu deyim ki, çox gözəl hədiyyədir”.