İCTİMAİ PALATA DA YADA DÜŞƏSİ OLDU
Tarix: 13-11-2013, 11:39 |
Çap et
İctimai Palatanın Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbərin təşəbbüsü ilə qurumun növbədənkənar toplantısı çağırılıb. Bu barədə musavat.com-a İP KŞ-nin üzvü Rauf Arifoğlu məlumat verib.
Onun sözlərinə görə, toplantının gündəliyi barədə hələlik səhih məlumat olmasa da, bu, güman ki, ölkədəki ictimai-siyasi durumla, siyasi motivli məhkəmələrlə, mediaya basqılarla bağlıdır. "Ola bilər, İctimai Palatanın bundan sonrakı taleyi, mövcudluğu da müzakirə predmeti olsun".
Qeyd edək ki, İctimai Palata 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra yaradılıb. Qurumun məqsədi parlament seçkilərinin saxtalaşdırılmış nəticələrinə etiraz bildirmək, yeni seçkilərə nail olmaq idi.