PREZİDENT İMAMLARA YAS TUTDU
Tarix: 13-11-2013, 11:49 |
Çap et
TƏLƏBANİ DƏ TASUA MƏRASİMİNƏ QATILIBİraqın hökumət nümayəndələri ötən gün Bağdadda keçirilən Tasua (Məhərrəm ayının 9-cu günü) mərasimində iştirak ediblər.
SalamNews-un “FarsNews”a istinadla verdiyi xəbərə görə, İraq İslam Ali Məclisində keçirilən əzadarlıq mərasimində ölkə başçısı Cəlal Tələbani, eləcə də dövlət rəsmilərindən baş nazir Nuri əl-Maliki, sabiq baş nazir İbrahim Cəfəri, nazirlər və Parlament nümayəndələri iştirak ediblər.
Hökumət ordusu və polisi Tasua və Aşura əzadarlıqları ilə bağlı ölkədə təhlükəsizlik tədbirlərini maksimuma çatdırıblar.
-