ƏVƏZ TEMİRXAN VƏKİLLİYİNDƏN DANIŞDI
Tarix: 14-11-2013, 12:25 |
Çap et
"MƏNƏ GÖRƏ, 3 NƏFƏR BİR ADAMI ÖLDÜRÜB"Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Hafta.az-a açıqlamasında siyasətdən getməsi haqda yayılan məlumata aydınlıq gətirib: “Hazırda vəkilliklə məşğulam, amma siyasətdən də getməmişəm. Prokurorluqdan çıxdıqdan sonra 20 il ərzində hüquqla məşğul olmadım. Amma vəkillik üçün uğurla imtahan verdim. Siyasi fəaliyyətimə görə məni Vəkillər Kollegiyasına buraxmadılar. Hazırda özəl vəkil olaraq fəaliyyət göstərirəm və siyasətlə də məşğulam. Çalışıram hər ikisini bir arada çatdıram”.
Əvəz Temirxan praktiki olaraq vəkillik fəaliyyəti haqda da danışıb: “Hazırda cinayət işləri üzrə zərərçəkmişlərin nümayəndəsi kimi çıxış edirəm. Ali Məhkəmədən ölüm üzrə bir işi geri qaytartdırmışam. Sabah Apelyasiya Məhkəməsində bu işə baxacaqlar. Mənə görə, 3 nəfər bir adamı öldürüb. Amma digər 2 nəfəri gizlədirlər”.