SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR
Tarix: 18-11-2013, 10:16 |
Çap et
Suriya rejiminə bağlı ordu birliklərinin ölkənin müxtəlif bölgələrində müxalifətçilərə ağır silahlarla həyata keçirdiyi hücumlar nəticəsində 3-ü qadın, 2-si uşaq olmaqla 44 nəfər ölüb.
Məlumata görə, qurudan və havadan edilən hücumlar zamanı Hələbdə 12, Dərada 10, paytaxt Dəməşqdə 6, Həma və İdlibin hərəsində 5, Homsda 4, Dər əz-Zor və Lazkiyədə isə 2 nəfər həyatından olub.
Ölənlər arasında Azad Suriya Ordusunun 15 üzvünün də olduğu bildirilir.