"BİZ ÖLÜ DEYİLDİK, KİMSƏ BİZİ DİRİLTSİN"
Tarix: 18-11-2013, 11:40 |
Çap et
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuranın sədri Rüstəm İbrahimbəyova cavab verib. Hafata.az-ın verdiyi xəbərə görə, A.Hacılı bildirib ki, Milli Şuranın əsasını İctimai Palatada olanlar təşkil edir: “Hörmətli Rüstəm müəllimin diqqətinə çatdırmaq zorundayam ki, biz ölü deyildik ki, kimsə bizi diriltsin. Elə Milli Şuranın əsasını da İctimai Palatada olanlar təşkil edir. Biz qurucuyuq. Güclü siyasi təşkilatlar və koalisiyalar qurmuşuq. Dostlarınız "Milli Şura Rüstəm İbrahimbəyova məxsusdur"- desələr də heç kəsə sirr deyil ki, liderləri haqqında həqarət etdiyiniz partiyalar dışında siyasi güc mərkəzi olan Milli Şura yoxdur”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov müsahibəsində bildirib ki, Milli Şura üzdə olan partiyalara yeni nəfəs verdi, onları diriltdi: “İndi bundan sonra həmsədrlik institutu yaradıb partiyaların liderləri də həmsədr olsalar, Milli Şuranı məhv edəcəklər. Bu, çevrilib olacaq İctimai Palata, gördünüz də həmin qurumun nəticəsi nə oldu”.