DEHLİDƏN TEHRANA DƏSTƏK GƏLDİ
Tarix: 31-01-2012, 12:07 |
Çap et
HİNDİSTAN İRAN NEFTİNDƏN İMTİNA ETMƏYƏCƏK
Hindistan İrandan neft idxalını azaltmaq niyyətində deyil.
Məlumata görə, bunu Hindistanın maliyyə naziri Pranab Mukerci bildirib. O, ölkəsinin əvvəlkitək aldığı neftin 12 faizə qədərini İrandan idxal edəcəyini deyib.
Xatırladaq ki, Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiya islam respublikasından neft alışının dayandırılmasını nəzərdə tutur. Avropalılar bu ilin yayınadək İran neftindən tam imtina edəcəklər. ABŞ Asiya ölkələrini də eyni addımı atmağa çağırır.