VYANA GÖRÜŞÜ BAKINI MÜHARİBƏYƏ DAŞIYA BİLƏR
Tarix: 20-11-2013, 09:50 | Çap et
PREZİDENTLƏRİN SON GÖRÜŞÜNDƏ AZƏRBAYCAN NET MÖVQE İFADƏ ETSƏ DƏ…
DİA.AZ: - Biz qafqazlıyıq, Qafqaz türkləriyik. Ermənilərin də içində qafqazlı olanlar var. Burada erməniləşmiş qafqazlıları nəzərdə tuturam. Və bizdən - xüsusən də torpaqları işğal olunmuş QAFQAZLI AZƏRBAYCAN TÜRKLƏRİNDƏN bədəvi ərəblərin az qala yüz illər ərzində nümayiş etdirdiyi təhlükəli hövsələliyin gözlənilməsi yersizdir. Biz nə qədər dözümlü xalq olsaq da, bu dözümümüzün əndazəsi də var.
Bu bir faktdır ki, artıq Azərbaycan Qarabağ probleminin həlli üçün tam olaraq köklənmiş vəziyyətdədir. Həm millət və həm də dövlət olaraq. Elə bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr də Qarabağ probleminin həllinin sosial-milli sifariş olmasının tam fərqindədir. Və hakimiyyət aşağıdan gələn bu sifarişə uyğun olaraq dövlətin həm hərbi qüdrətini və həm də problemin həlli ilə bağlı yürütdüyü siyasətini qətiləşdirmək yolundadır.
Bunu həm də dünyanın anlaması lazımdır.
Biz şərqli olsaq da, dünyada bu gün «şərqli» mentalitetinə uyğunlaşdlırılan vəhşiliklərdən tam uzağıq. Azərbaycan türkü Böyük Türk qövmünün bir parçası olaraq hər zaman ədalətin yanında olub, ədaləti bərpa etməyə çalışıb. Bu gün isə onun haqqı tapdanıb və ona aid olan bir ədalətin bərpasına ehtiyac yaranıb. Və bu məsələdə Azərbaycan türkünün öz milli-dövlətçilik maraqları naminə istənilən bir addımı anlaşılan qəbul olunmalıdır. Əgər bu gün Rusiya və ABŞ özlərinin hətta regional maraqları naminə belə özlərindən qat-qat zəif olan dövlətləri əzirlərsə, nədən Azərbaycan özünün hüdudları daxilində maraqlarının təmininə çalışmasın?
Dünən Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldilər. Rəsmi Vaşinqton ABŞ Dövlət Departamentinin sözçüsü xanım Jen Psakinin dili ilə diplomatik rituallara uyğun olaraq görüşü alqışladığını bəyan etdi. Amma Amerikanın əsas fikrini keçmiş səfir, tanınmış amerikalı diplomat Riçard Kozlariç ifadə etdi.
«Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb» deyərək sözünə başlayan Kozlariç Azərbaycan prezidentini az qala ittiham edirmiş kimi davrandı. İlham Əliyevin beynəlxalq təşkilatları və həmçinin ATƏT-in Minsk Qrupunu səmərəsiz fəaliyyətdə ittiham etməsini qılıncla qarşıladı. Və ittihamlarını davam etdirərək bildirdi ki, Azərbaycan hətta Türkiyəyə də Ermənistanla münasibətlərini qaydasına salmasına imkan vermir.
Tamam. Hər şey Azərbaycan üçün aydındır. Çünki kimsə, hətta Kozlariç cənabları belə problemə mahiyyəti üzərə yanaşmaq istəmir. Biz isə xatırladırıq. Problem ondan başlayıb ki, ermənilər vəhşiliklə, minlərlə insanın qanını axıdaraq, qətliamlar törədərək Azərbaycan torpaqlarının böyük bir hissəsini Rusiyanın dəstəyi ilə işğal ediblər. Problem budur. Və danışıq aparan təşkilatların, vasitəçilik edən qurumların, problemin həllində sülh göyərçini olmaq istəyənlərin də əsas missiyası bu işğalı durdurmaq olmalıdır. Daha ermənilərin «Biz Qarabağdakı ermənilərin həyatından narahatıq» deyərək danışıqları mahiyyətindən uzaqlaşdırma cəhdinə uyub problemə tərs yöndən yanaşmalı deyillər. Çünki fakt ondan ibarətdir ki, həmin «halından narahat olunmalı olan ermənilər» faktiki olaraq özləri təhlükə saçıblar minlərlə Azərbaycan türkünün qanını axıdıblar və hətta soyqırım da törədiblər. Belə olan halda, dünyanın kor gözləri bu faktı bir kənara atmalı deyil.
Atırsa, o zaman artıq bu cür ədalətsizliyə hövsələ nümayiş etdirməyən Azərbaycan prezidentinə və Azərbaycan dövlətinin addımlarına da dözmək zorundadırlar. Çünki İlham Əliyev Azərbaycan xalqı qarşısında Qarabağın işğalına son qoyacağı haqda söz verib və onun bu sözünü tutması lazımdır. Hansısa beynəlxalq təşkilatın irad və ittihamı İlham Əliyevin umrunda belə deyil… ən azından xalqın qarşısında verdiyi sözlə müqayisədə və prezident üçün müqəddəs olanı məhz bu SÖZÜDÜR!
***
… Artıq Vyana görüşü başa çatıb. Amerikalı diplomat bəyan edir ki, bu görüş yeni bir mərhələnin başlanğıcı olmadı. Bəs nə olmalı idi ki? Nəyi gözləyirdiniz? Yeni mərhələ dediyiniz - daha 20 il Azərbaycanın mənasızcasına danışıqlara getməsidirmi?
Əslində bu görüş Azərbaycanın dövlət maraqları baxımından əhəmiyyətli idi. Görüşdə «danışıqlara davam» qərarı verildi. Doğrudur. Amma Azərbaycanın bir mövqeyi də anlaşıldı. Artıq Bakı səbirli olmayacaq. Danışmağa söz qurtarıbsa, silahlar dillənməlidir. İlham Əliyev də bütün davranışları ilə bunu hiss etdirdi.
Ona görə də əslində əsas missiyaları xristian təəssübkeşliyi olan ATƏT-in Minsk Qrupu və bu qrupda olan dövlətlər artıq narahat olmağa başlayıblar. Çünki Azərbaycan hərb yoluna doğru meyillənir.
Yeri gəlmişkən, Kozlariç Türkiyənin ATƏT-in Minsk Qrupunda təmsil olunması ilə bağlı da danışıb. Fikrindən belə anlaşılıb ki, Türkiyə ilk əvvəl Ermənistanla münasibətlərini qaydasına salmalıdır. Yəni onlar Türkiyəni tərəf tutmaqda, danışıqlarda səmimi olmaya bilməkdə ittiham edirlər. Olsun. Bəs bu gün ATƏT-in Minsk Qrupunda olanların hansı birisi tərəf tutmur? Onu bir izahlayın…
Rusiya… Bu ölkə faktiki olaraq Qarabağın işğalında Ermənistanın yanında olub, əsas rol oynayıb və bu gün də işğalın davam etməsində yeganə faktordur.
Fransa… Bu ölkə qondarma erməni soyqırımını tanımaqla və dünyada «ermənilərin ikinci ana vətəni» imajını daşımaqla hansı əhəmiyyətlə «tərəfsiz» olduğunu tam çılpaqlığı ilə ortaya qoyub.
Bəlkə Amerika?! Buna inanmaq da zarafat olardı. Hər halda, bu gün modern səlib yürüşü siyasətini yürüdən bir ölkənin müsəlman Azərbaycanın yanında ola biləcəyinə ən abdal adamlar belə inanmır.
Elə isə, imkan verin, haqqımızı bərpa edək, cənablar…
Azər – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|