Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında deyib.
O, şəxsi həyatı ilə bağlı yayılan şayiələrə son qoyub:
“Mən artıq ailəli xanımam. Ailə qurmağım haqqında xəbərləri təsdiqləyirəm. Sevirəm və sevilirəm. Toy qapalı şəraitdə baş tutub. Bunu şişirtməyi lazım bilmədiyim üçün hər şey gizli oldu. Daha ailə söhbətlərini gündəmə gətirmək istəmirəm. Bu mənim şəxsi, özəl həyatımdır”.