ƏRƏBLƏR DƏ RUSLARIN YOLUNU GEDİRLƏR
Tarix: 20-11-2013, 10:32 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında iki həftə ərzində keçirilən reyd zamanı sənədləri qaydasında olmayan 60 min xarici vətəndaş ölkədən çıxarılıb. Bu barədə ictimaiyyətə ölkənin XİN rəhbəri şahzadə Məhəmməd bin Naif məlumat verib. O, bildirib ki, bu rəqəm son deyil və qanunsuz immiqrantlara qarşı deportasiya davam edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına gələn miqrantların çox vaxt sənədləri qaydasında olmur və işləmək üçün rəsmi icazə almırlar. Miqrantlara qarşı aparılan bu kampaniya ölkənin xarici vətəndaşlardan asılılığını aradan qaldıracaq və yerli sakinlərin də işləməsinə şərait yaradacaq.