ABŞ ƏL QOYDUĞU İRANA AİD PULLARI GERİ VERİR
Tarix: 20-11-2013, 10:34 |
Çap et
ABŞ İranla razılıq əldə etdiyi halda İranın geri açılan vəsaitinin həcmi 10 milyard dollardan yuxarı olmayacaq. DİA.AZ-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələri üzrə müşaviri Suzan Rays çərşənbə günü CNN telekanalına verdiyi müsahibəsində bildirib.
S.Rays deyib: "Biz cüzi miqdarda vəsait haqqında danışırıq".
ABŞ, İsrail və bir sıra Qərb ölkələri İranın dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamasından şübhələnirlər. Tehran isə bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə tələbatının ödənilməsinə yönəlib.