RUSİYADA MİQRANT TƏQİBİ DAVAM EDİR
Tarix: 26-11-2013, 11:03 |
Çap et
Rusiya məhkəməsi Vladivostok vilayətində qanunsuz miqrantların işlədiyi tikinti firmasını fəaliyyətini dayandırması ilə bağlı qərar qəbul edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, tikinti firmasında 12 qanunsuz miqrant işləyib.
Uşaq baxçalarının yenidən qurulması ilə məşğul olan şirkətin fəaliyyətinin dayandırılması barədə xəbər prokurorluq orqanları tərəfindən təsdiqlənib. Əməyə qanunsuz miqrantların cəlb edilməsi barədə şirkətə məhkəmə tərəfində inzibati iş qaldırıb.
Şirkətdən verilən açıqlamda isə xarici vətəndaşların artıq işdən qovuluğu bildirilib.