14 NAZİRLİK MÜHASİRƏYƏ ALINACAQ
Tarix: 27-11-2013, 10:50 |
Çap et
Taylandda hökumət əleyhinə aksiyaların iştirakçıları paytaxt Bankoqdan kənarda yerləşən hökumət idarələri kompleksinə yürüş ediblər. Onlar 14 nazirliyin işini dayandırmaq və mühasirəyə almaq istəyilər. Aksiyaçılar baş nazir Yinqlak Çinavatın istefasını tələb edirlər.
Xatırladaq ki, Tayland Parlamenti 2006-2010-cu il siyasi böhranının iştirakçılarının amnistiyası layihəsini qəbul edib. Müxalifət layihəni tənqid edərək, qanunun sabiq baş nazir Taksin Çinvatın ölkəyə qayıtmasına imkan verəcəyini bildirib. Bununla əlaqədar olaraq Taylandın paytaxtı Bankoq şəhərində on minlərlə insan toplaşaraq etiraz aksiyası keçiriblər.
Yerli jurnalistlər hesab edirlər ki, qanun layihəsi Taksin Çinnvatın yenidən siyasi həyata qaytarmaq cəhdi kimi görünür.
Korrupsiyada ittiham olunan Taksin Çinnavat 2008-ci ildə ölkədən qaçmışdı. Bunun nəticəsində o, qiyabi olaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da bildirək ki, 2006-cı ildə Taylandda hərbçi çevriliş olub, daha iki sonra isə Çinvat ölkədən qaçıb. Hazırda bu vəzifədə onun bacısı Yinqlak Çinvat əyləşib. \ faktxəbər \