RAMİZ ZEYNALOVUN İŞÇİLƏRİ AVTOŞLUQ EDİR
Tarix: 6-02-2012, 10:54 |
Çap et
«QAİ» İLƏ BAĞLI DAHA BİR QALMAQALLI VİDEO YAYILDI (VİDEO-FAKT)
DİA.AZ: - Bu gün guya ki, Dövlət Yol Polisi işçiləri avtoxuliqanlığa qarşı mübarizə aparırlar. Lakin əsl avtoşların DYP sistemində olduğu məlum olur. Hər halda, dünən internet vasitəsilə videogörüntüləri yayılan yol polisi əməkdaşlarının etdiklərinə avtoxuliqanlıqdan başqa adı vermək qeyri-mümkündür.
Bildirək ki, «avtoşluq edən YPX» adı altında «youtube» vasitəsilə yayılan videoda da açıq-aydın gönrünür ki, «10YP573» dövlət nömrə nişanlı yol polisi maşınının sürücüsü özünün «istedadı» ilə hətta məşhur avtoşlara belə meydan oxuyur.
Yəqin ki, bu videomaterial hələlik DYP rəhbərliyinin diqqətinə çatmayıb. Əgər istəsələr, «DİA.AZ» redaksiyası olaraq videomaterialı onlara təqdim etməyə hazırıq.
Onu da bildirək ki, avtoşluq edən YPX maşınının əyalətdə olduğu kadrlardan da aydın olur. Videomaterialı isə bu adresdən izləyə bilərsiniz: http://www.youtube.com/watch?v=BIbIUHWxeNU&feature=related