MİLLİ ŞURA 3 DEKABRDA YENİDƏN TOPLAŞIR
Tarix: 28-11-2013, 12:37 |
Çap et
Milli Şuranın (MŞ) növbəti sessiyasının vaxtı bəlli oldu.
DİA.AZ bildirir ki, MŞ-ın KİV və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev Hafta.az-a açıqlamasında iclasın keçiriləcəyi günü açıqlayıb:
“Milli Şuranın sessiyası ikinci gün, yəni dekabrın 3-də keçiriləcək. Harada keçirilməsi hələ ki, dəqiqləşməyib. Gündəliyə daxil olan cari məsələlər, hazırkı durum və gələcək məqsədlər müzakirə ediləcək. “Həmsədrlik institutu” da daxil olmaqla, təklif olunan digər məsələlərə də baxılacaq”.