YANUKOVİÇDƏN DƏHŞƏTLİ ETİRAF
Tarix: 29-11-2013, 10:01 |
Çap et
“Ukraynanın xarici işlər naziri Leonid Kojara avropalı nazirlərə təsdiqlədi ki, Ukrayna Avropa Birliyi ilə saziş imzalanmasını Rusiyanın təzyiqi ilə təxirə salıb”. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu özünün “Twitter” səhifəsində İsveçin xarici işlər naziri Karl Bildt yazıb. “Ukrayna XİN-in rəhbəri bizim diskussiyalarımızda təsdiqləyir ki, Ukrayna AB ilə assosiasiya sazişinin imzalanması məsələsində Rusiyanın sərt iqtisadi təzyiqlərinə məruz qalıb”, deyə o, qeyd edib.
İnternetdə isə Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə dövlət və hökumət başçılarının naharından əvvəl Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayılıb. Videoda D. Qribauskaytenin V. Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. Lakin V. Yanukoviç cavab verir ki, artıq hökumətin bu barədə qərarı var. Söhbətə A. Merkel qoşulduqdan sonra V. Yanukoviç ona Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: “Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam...”