XANIM MÜĞƏNNİ NİYƏ ƏSƏBİLƏŞİB?
Tarix: 6-02-2012, 12:11 |
Çap et
EMMA ƏLƏKBƏRZADƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏN GİLEYLİDİ
Populyar müğənni Emma Ələkbərzadə sosial şəbəkələrdən şikayətlənir.
O, sosial şəbəkələrdə bəzən tərbiyəsi olmayan insanlara rast gəlindiyini bildirir:
"Sosial şəbəkələrə nadir hallarda baş çəkirəm. Yalnız Facebook-da səhifəm var. Orada da nadir hallarda olur və dostlarımla söhbətləşmək üçün baş çəkirəm. Hərdən inadkar insanlara rast gəlirəm – durmadan mənə dostluq təklifi göndərirlər. Sonra təklifi qəbul edirəm, əvəzində şəkillərimə xoşagəlməz şərhlər yazırlar".
E.Ələkbərzadə son zamanlar təhqiramiz mesajlar yazmağın sanki dəbə mindiyini də söyləyib.