PUTİN RUSİYADA NƏ OYUN ÇIXARIR?
Tarix: 29-11-2013, 10:27 |
Çap et
Rusiyadan miqrasiya qanunlarını pozan 380 mindən çox əcnəbiyə ölkəyə giriş qadağan olunub. ANS PRESS-in məlumatına görə, bu barədə "İnterfax"a Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Radomodanovski məlumat verib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən əcnəbi qanun pozanlara ölkəyə giriş qadağan edilib. K. Radomodanovski bildirib ki, bu, miqrasiya qaydalarını pozan xarici vətəndaşlarla bağlı zəruri tədbirdir.