RUSİYA YENİDƏN BAKIDA ÇEVRİLİŞ XƏYALINA DÜŞÜB?
Tarix: 29-11-2013, 11:24 | Çap et
 MİLLİ ŞURA İLƏ BAĞLI YENİ SİYASİ CANLANMANIN ARXASINDA NƏ DURUR?
DİA.AZ: - Prezident seçkiləri ərəfəsində Milli Şuranın sədri və vahid namizədi kimi rəsmiləşməsinə baxmayaraq, Rusiya vətəndaşı olması səbəbindən seçkilərdə iştirak edə bilməyən tanınmış kionrejissor Rüstəm İbrahimbəyovun əslində, seçkilərə təkcə «vətəndaşlıq əngəli» səbəbindən qatılmadığını hər kəsə aydın olan bir məsələdir. Ən azından bu gün hamı yaxşı bilir ki, Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə proseslərə qatılan Rüstəm İbrahimbəyov üçün montaj pultunun arxasında oturmaq daha vacib idi, nəinki Azərbaycan müxalifətinin vahid lideri kimi seçkiyə qatılmaq.
Özünün ayrı-ayrı mətbu orqanlara müsahibəsində də tanınmış kinorejissor siyasət adamı olmadığını etiraf edirdi. Və elə bir fon yaradılırdı ki, guya onu «vahid namizəd» kimi önə sürən qüvvələr də məhz bu məqamı diqqətə alıblar. Yəni siyasət adamı olmayan birisinin rəhbərliyi altında hakimiyyətə gəlib, keçid hökumətini formalaşdırıb, sonradan seçkilərin keçirilməsinə nail olmaq…
Bütün bunlar müxalifətin açıqladığı planlar idi. Amma bu planın «müəllifləri» də yaxşı anlayırdılar ki, əslində Milli Şura Rusiyanın Azərbaycanda yenidən «şurəvi hökumət» qurma cəhdləri yolunda sıradan bir alətdir. Artıq bu, tam sübuta yetirilib. Rüstəm İbrahimbəyovun və digər rusiyanlı müxaliflərin emosiyalarının Putinin Bakı səfərinin ardından soyuması faktı da bunun sübutu kimi qəbul oluna bilər.
Və bundan sonra Milli Şuranın «milliləşdirilməsi» prosesinə start verildi. Qısa müddət içində Cəmil Həsənli layihəsi işə salındı. Amma yenə də Milli Şuradan rusiya barmağının çəkilmədiyi açıq şəkildə hiss olunmaqda idi. Elə buna görə də artıq Milli Şura nümayəndələri Rusiya bağlılığının olmadığını sübuta yetirmək üçün açıqlamalar verməyə başladılar. Yəni yalnız açıqlama, konkret addımlar isə atılmadı. Çünki sovet dövründən qalma Azərbaycan müxalifəti genetik kodların nostaljisinə qapılaraq artıq ümid dolu gözlərini Kremlə, Qırmızı Meydana doğru tutmuşdu. Və Rusiyaya ümid bəslənilirdi.
Amma bu baş vermədi. Rusiya kimlərisə hakimiyyətə daşıdıqdan sonra öz istədiyinə nail olmağın çətinliyini görməyəcək qədər axmaq olmadığını sezdirdi. Ani bir gedişdə Milli Şuranın üzərindən əlini çəkdi və rəsmi Bakı ilə danışıqlar masasına oturdu. Ki, bununla da Milli Şuradan, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından və digər buk imi vasitələrdən bir alət olaraq yararlandığını, bu alətlər hesabına rəsmi Bakını öz maraqları fonunda yola gətirməyi qəsd etdiyini tam çılpaqlığı ilə ortaya qoymuş oldu.
İndi isə vəziyyət yenidən dəyişmək üzərədir və Rusiyanın yenidən Milli Şura bazasına yatırım qoyma yolunda olduğu açıq şəkildə duyulur. Elə buna görə də dünənə qədər Milli Şuranın sədrliyindən ikiəlli yapışan Rüstəm İbrahimbəyov yenə də Kremlin direktivləri əsasında hərəkət edərək növbəti mərhələ üçün Azərbaycan dövlətinə qarşı «DƏYƏNƏYİN» hazırlanması prosesinə start vermiş oldu.
Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən getməsi barədə verdiyi razılıq, əslində artıq Cəmil Həsənli ilə Rusiyanın arasında yeni bağların qurulmasının ardından baş tutub. Hər halda, bu iddianı sübutlayan yetərincə faktlar ortadadır ki, onlardan biri də baş nazirin keçmiş müavini, «Milyarderlər İttifaqı»nın sədri, «Azərros» Ağsaqqallar Şurasının prezidenti Abbas Abbasovla Cəmil Həsənlinin mübhəm Türkiyə görüşüdür.
Bu məqamı xatırladan bilgili qaynaq iddia edir ki, artıq Rusiya yenidən Milli Şura ilə oynamağa başlayıb: «Təbii ki, ruslar rəsmi Bakıdan istədiklərini ala bilmədilər. Və ona görə də az əvvəl Rüstəm İbrahimbəyovla basdıqları «game over» modundan çıxaraq, «new game» moduna keçid etdilər. Bəli, yeni oyun başlayır və bu oyunda yazıqlar olsun ki, qosqoca Azərbaycan müxalifəti də alət olma funksiyasından vaz keçə bilmir. Halbuki onlar da girdikləri prosesin sonunda hakimiyyətə gəliş yekununun olmadığını yaxşı bilirlər. Və onlar sadəcə olaraq «tutar qatıq, tutmaz ayran» prinsipi ilə hərəkət edirlər. Burada «qatıq» kimi anlaşılan onların iqtidara gəlişi, «ayran» kimi anlaşılan isə proses boyunca əldə edəcəkləri maddi və siyasi dividentlərdir. Bu yolda isə kimlərin qurban gedəcəyi artıq onlar üçün əhəmiyyətsizdir».
Mənbəmiz iddia edir ki, son günlər Milli Şura nümayəndələrinin Rusiyaya zidd beynəlxalq dairələrlə sıx təması da daha çox iz azdırmağa hesablanmış gedişlərdir…

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
|