QAÇQINLARIN ADINA SİLİNƏN PULLAR
Tarix: 7-02-2012, 12:34 |
Çap et
ƏLİ HƏSƏNOV DEYİR Kİ, 4,6 MİLYARD XƏRCLƏNİB
“Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 4,6 milyard dollar vəsait xərcləyib. Bu məbləğin 2,7 milyard dolları büdcə vəsaiti hesabına, 1 milyard dolları Dövlət Neft Fondunun hesabına, 900 milyon dolları isə beynəlxalq təşkilatların hesabına formalaşıb”.
APA-nın məlumatına görə, bu rəqəmləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Fransa Senatının nümayəndə heyəti ilə görüşündə bildirib. O qeyd edib ki, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 müasir qəsəbə tikilib. Son 8 ildə 120 mindən artıq ailə yeni qəsəbələrə köçürülüb.
Ə. Həsənov bildirib ki, 2003-cü ildə məcburi köşkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb. 2011-ci ildə Azərbaycan dövləti bir məcburi köşkün üçün 900 dollar vəsait xərcləyib: “Bu vəsait dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir”.
Murad TƏHMƏZOV DİA.AZ -