BU TÜRKİYƏ BİLDİYİMİZ TÜRKİYƏ DEYİL...
Tarix: 9-12-2013, 10:46 |
Çap et
Türkiyənin Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən kilsə restavrasiya edilərək Erməni Dostları Dərnəyinə veriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, bu addım ölkədə reallaşdırılan demokratikləşmə paketi çərçivəsində həyata keçiriləcək.
Məlumatda o da qeyd olunur ki, Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən digər kilsə və monastrların da yaxın zamanlarda digər dini azlıqlara geri qaytarılacağı gözlənilir.