Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

HACI İBRAHİM NEHRƏMLİDƏN İLGİNC AÇIQLAMALAR
Tarix: 9-12-2013, 11:45 | Çap et
HACI İBRAHİM NEHRƏMLİDƏN İLGİNC AÇIQLAMALAR
"Arif müəllim mənim dostumdur, hamının ona böyük hörməti var. O, çox ziyalı insan, ağıllı adamdır, görkəmli şəxsiyyətdir. Biz hamımız onu sevirik, ona hörmət bəsləyirik. Dost kimi Arif müəllim bu layihəyə xeyr-duasını verib."

DİA.AZ xəbər verir ki, bunu İnterAz-a eksklüziv müsahibəsində “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (Nehrəmli) bildirib.

- “Khazar İslands” layihəsinin həyata keçirilməsi işi nə yerdədir?

-“Khazar İsland” (Xəzər adaları) layihəsi dünyanın diqqətini Azərbaycana yönəldib. Bu layihə Azərbaycanın dünyada imicini də artırır. Artıq bir neçə böyük şirkətlər bizimlə müqavilə imzalayıb ki, bunun da ilkin dəyəri milyonlarla ölçülür.

Hazırda bu layihə daxilində xeyli işlər görülüb, binalar da yerdən qaldırılıb, böyük körpü inşa olunub, 4 kilometrlik bülvarın qranit daşının düzülüşü işlərinə həyata keçirilir. Yaşıllaşma işləri demək olar ki, başa çatdırılıb, restoranların inşası həyata keçirilir. Bu şəhərdə restoran üçün pivə zavodu da inşa olunur. Yaxın vaxtlarda “Xəzər adaları” şəhərinin baş ofisinin binasının inşasına başlanılacaq.

“Khazar İslands” şəhərində mənzil və obyekt satışlarına da başlanılıb. Bundan əlavə, dənizin 9 metr dərinliyində işlər aparılır, binalar da inşa olunub. Binalarda mənzillərin də satışına başlanılıb. Qiymətlər 3500 manatdan 5000 manat arasıdır. Amma bu qiymətlərə təmirli mənzillər daxildir. 2015-ci ildən etibarən mənzillərin qiyməti təqribən 50 faiz artacaq. Yəni, mənzillərin qiyməti hardasa 8000-10000-dəkı qalxacaq. Bu isə heç də az deyil. Çox təəssüf edirəm ki, hələ insanlar bunun fərqini anlamırlar. Yəni, sabah hamı buradan axışıb mənzil almaq istəyəndə burada mənzil qalmayacaq, ona görə də insanlar məcbur olub bir-birindən çox baha qiymətə mənzil almalı olacaq. Buradan ilkin mənzil alanlar vaxt olacaq ki, daha çox pul qazanmaq şansı əldə edəcək. Bura həm də investisiya məkanı olacaq, pul qoy qazan. Burada pul itirmək söhbəti olmayacaq.

Mən bu layihəyə 3 ildə böyük miqdarda vəsait qoymuşam. Əlbəttə ki, bu böyük risk tələb edir. Ancaq mən riski sevən insanam. Mən hər zaman bu cür riskli addımlar atmışam və Allaha şükürlər olsun ki, heç birində peşman olmamışam. Mənim ən ağıllı riskim də məhz budur. Mən bu layihənin icrasına yeni başlayan zaman da düşündüm ki, burada heç bir risk yoxdur, əksinə bu layihə Azərbaycanın dünyada tanınmasını və inkişafını nümayiş etdirəcək. Misal üçün, burada risk stulun üstündən yerə tullanmaq qədərdir. Yəni, bu da o deməkdir ki, mən bu yaşımda stulun üzərində yerə tullansan mənə heç bir şey olmaz. Bu layihədə risk sıfırdır. Mən bu layihədə heç zaman qorxulu risk görməmişəm. Mən bu layihənin icrasına başlayanda da heç zaman qazanc haqqında düşünməmişəm. Burada pul qazanmaq söhbəti ən sonuncu məqamdır. Burada əsas məqsəd Azərbaycanın adıdır. Heç tarixi düşmək söhbəti deyil. Çünki mən tarixə çoxdan düşmüşəm. Mənim indiyədək gördüyüm bu qədər işlər məni tarixə salıb. Bu şəhər Azərbaycanın milli sərvətinə çevriləcək. Hər kəs bura gələndə Azərbaycan yada düşəcək. Artıq bu layihə Azərbaycanı dünyada görün nə qədər tanıdıb. Dünyanın hər yerindən bura jurnalistlər gəlib məndən müsahibə alırlar, film çəkirlər. Yəni, bütün bunlar Azərbaycanı tanıdır. Təbii ki, Azərbaycanın tanınmasında ən böyük xidmətləri ölkə prezidenti görür. Amma biz də cənab prezidentimizin yürütdüyü siyasətin arxasınca gedib ona bu cür dəstək oluruq. İndi düşünürəm ki, mən buradan pulu 20 ildən sonra qazanacam. Amma 20 ildən sonra da mənə pul lazım olmayacaq. Mən də hamı kimi adi bir insanam, mənim şan-şöhrətlə işim yoxdur. Mən sadə bir ölkə vətəndaşıyam, fəhləlikdən bu yerə gəlib çıxmışam və indi işçilərimə də hər zaman diqqətim olur, yaxınlaşıb hal-əhvallarını soruşuram, problemləri ilə maraqlanıram. Bir daha təkrar edirəm ki, mən bu layihədən pul güdmürəm. Nə pulum varsa, hamısını da bu layihəyə qoymuşam. Heç o pulu çıxartmaq fikrim də yoxdur. Yəqin ki, bu layihə tam reallaşandan sonra mənim pulum qalmayacaq. Ola bilər ki, o zaman adım milyarder olsun, amma özüm tam pulsuz bir adam olacam. Amma buna görə də özümü hər zaman xoşbəxt sayacam.

- Layihəyə dövlət hansı dəstəyi verir?

Bu dövlətin layihəsi deyil axı, bu mənim şəxsi layihəmdir. Amma gördüyümüz hər bir uğurlu işlər dövlətimiz üçün faydalıdır, dövlətin imicidir. Əgər dövlətimiz bu cür böyük layihənin icrasını mənə veribsə, bundan böyük nə dəstək ola bilər?

O ki qaldı cənab prezidentin açılışlarda iştirakına, əlbəttə, bu da olacaq. Bu ölkənin yiyəsi odur. Biz kimik ki? Hər bir açılışların vaxtı deyiləcək, cənab prezident də gəlib açılışlarda iştirak edəcək. Yəni, bir iş adamının özünün 2 milyarda qədər pulunu bu layihəyə yatırması Azərbaycanda sensasiyadır. Azərbaycanda məndən başqa hansı iş adamı öz ölkəsinə bu qədər pul qoyub? Heç kəs qoymayıb, hər kəs pulunu aparıb xarici ölkələrə yatırır. Ancaq mən bu qədər pulu öz ölkəmə yatırıram. Onu da nəzərə almaq lazımdır ki, mənim pul qoyduğum sahə rentabelli deyil, mən hələ heç bir qazanc götürməmişəm, ancaq pul qoyuram. Düşünürəm ki, bu layihə Azərbaycana böyük gəlir gətirəcək və dövlətimiz də mənim kimi investoru qiymətləndirəcək. İnanıram ki, cənab prezident gəlib buranı görən zaman çox sevinəcək.

- Qardaşınız Nazim İbrahimov dövlət məmurudur. Doğma qardaş kimi onun sizə dəstəyi nə olur?

- Qardaşlarımın hamısı mənimlə fəxr edirlər. Bu yaxınlarda Nazim müəllim də bura gəlib gəzdi, gördü, tanış oldu. Hətta, kövrəlib mənə dedi ki, sən böyük işlər görmüsən. Nazim buradan çox sevinə-sevinə getdi. Qardaşımdır, qardaş necə sevinməsin ki? Mən də onların hər bir nailiyyətinə sevinirəm. Biz qardaş olaraq əvvəllər cavan olduğumuz üçün bəzi məsələlərdə yola getmirdik, amma indi hər şey yaxşıdır. Biz birlikdə bir ailəyik, ailədə isə heç bir şəxsi ambisiya ola bilməz.

- Türkiyənin məşhur iş adamı Əli Ağaoğlu ilə birgə layihələriniz gözlənilirmi?

- Əli Ağaoğlu ilə yaxşı münasibətlərim var. Bu yaxınlarda Ağaoğlu Bakıda oldu və məni də Türkiyətə dəvət etdi. Mən Ağaoğlu ilə gələcəkdə bir yerdə çalışa bilərəm. Bizim birgə layihələrimiz də gözlənilir. Ağaoğlu işin bilən adamdır, Türkiyə kimi böyük dövlətdə tanınmış şəxsdir, “Forbes” jurnalında adı var. Sağ olsun ki, o mənim dəvətimi qəbul edib şəxsi təyyarəsi ilə Azərbaycana gəldi və 2 gün də burada qaldı. Amma o bura gələn vaxtı bu layihə hələ yeni başlayırdı, heç bir iş görülməmişdi. Bütün bunları görən zaman Əli Ağaoğlu əlini çiynimə vurub dedi ki, sizin böyük ürəyiniz var və mən bununla qürur duyuram. Düşünürəm ki, Əli Ağaoğlu da bu layihəyə nə vaxtsa qatılacaq. Hər bir şeyin zamana ehtiyacı var. Yəqin ki, Əli Ağaoğlu hələ bu layihənin bir az da icra edilməsini gözləyir. Təbii ki, mən də bu cür böyük layihəyə kənardan qoşulmaq istəsəydim ki, milyon dəfə düşünüb sonra addım atardım. Mən heç Əli Ağaoğlundan buna görə qəti incimirəm də. Heç mən ona bu layihəyə pul qoymasını da xahiş etməmişəm. Sadəcə olaraq mən onu bu layihəni yaxından görməsi üçün bura dəvət etmişdim və o da buna çox sevinmişdi. İndi də Əli Ağaoğlu tez-tez mənə zəng edir soruşur ki, qardaşım layihənin işi necə gedir və sairə. Hətta, o bu layihənin artıq reallaşdığına görə gözlərinə inanmadığını söyləyir. Mən ona deyirəm ki, artıq şəhərdə xeyli işlər görülüb və şəhər tikilib. Mən bu şəhərin tikilib başa çatacağından tam əminəm. Düşünürəm ki, dövlətimiz də bu layihəyə çox böyük dəstək verəcək. Bu şəhər Azərbaycanda böyük turizm məkanına çevriləcək. Dünyanın hər yerindən bura ildə milyonlarla turist gələcək. Bu şəhər tam salınandan sonra bura ildə 20 milyon turist gələcək. Burada gündəlik 200 min qonağı qəbul edəcək şəhər tikilir. Bu şəhər isə 800 min nəfər adam yaşayacaq. Bu isə çox böyük rəqəmdir.

- Bir çox tanınmış iş adamlarının şəxsi təyyarələri var. Bəs sizing necə, şəxsi təyyarəniz varmı?

- Xeyr, mənim hələ şəxsi təyyarəm yoxdur, ancaq bu yaxınlarda olacaq. İndi həmin təyyarənin modelini də seçmişəm. Bu, “Gulfstream-450” (G450) modelidir. İnşallah 2015-ci ilədək bu təyyarəni alacam. Təyyarəni aldıqdan sonra Azərbaycanda saxlamayacam. Çünki Azərbaycan qanunlarına görə, təyyarənin ölkədə və ya xaricdə saxlanılması özümdən asılı olan məsələdir. Azərbaycan hava limanlarında təyyarənin saxlama vəsaiti həddindən çox baha olduğu üçün çox adamlar şəxsi təyyarələrini ucuz olan ölkələrdə saxlayırlar. Mən də şəxsi təyyarəmi Azərbaycanda saxlamayacam. Yoxsa, bankrot olaram. Təyyarəni də bankdan kredit hesabına alacam. Yəni, ilkin olaraq 20 faizini ödəyəcəm, qalan hissəsini isə bank ödəyəcək.

- Bir sıra mətbu orqanlarda bu layihənin özünü doğrultmayacağı və reallıqdan uzaq olması barədə məlumatlar yazılır. Bu məsələyə aydınlıq gətirərdiniz...

- Misal var, böyük gəminin ətrafında kiçik həşəratlar çox olar. İndi mən də burada böyük iş görürəm və bu böyük işin ətrafında da anlamayan adamlar var. Yəni, onlar bu işin mahiyyətini hələ anlamırlar. Onlar gəlib buranı görmədən danışırlar ki, Hacı İbrahim dənizin ortasında şəhər tikir, yox bəlkə gedib marsda tikəcək? Bəlkə də mən də onlar kimi düşünərdim. Bunun mahiyyətini dərk edəndə isə adamlar bunun nə qədər real olduğunu anlaya bilirlər. Bu gün bu layihəni pisləyənlər, mənim işlərimə qara yaxmaq istəyənlər sabah bura gələndən sonra məndən müsahibə alıb min dəfə sağ ol deyəcəklər. Allahın köməyi ilə mən dünyanın ən hündür qülləsini də burada tikəcəm. Bunu 100 faiz tikməliyəm, çünki bu layihənin əsası odur. O qülləyə görə Azərbaycan dünyada daha da tanınacaq. Hətta, mən dünyanın ən hündür qülləsinin Azərbaycanda olması üçün ehtiyat tədbirlər də görürəm. Allah can sağlığı versin, İnşallah 2017-ci ildə burada dünyanın ən hündür qülləsinin təməli qoyulacaq. Minumum da 5 ilə həmin qüllənin inşası başa çatdırılacaq.

- Bu layihə bəzi mətbu orqanlarda Paşayevlərin layihəsi kimi təqdim olunur. Bu qədər inandırıcıdır?

- Mən sizi açıq deyim ki, bu cür fikirlər söyləyən adamlar çox olacaq. İndi bir adam bir adamla dost ola bilər. Amma onların gördüyü işləri bir-birinin adını yazmaq olmaz. Bu layihənin Paşayevlərə heç bir aidiyyatı yoxdur. Əslində, mən 3 ildir bu layihənin icrasına başlamışam, ancaq bir dəfə də Paşayevlər burda olmayıb. Necə olur ki, 3 il bir adamın layihəsinə tikəsən, amma bu 3 ildə bir dəfə də bura gəlməyə, layihəsini görməyə? Heç belə şey olar? Mən Arif Paşayevlə həyatda dostam, o bizim ağsaqqalımızdır. Arif müəllim hamının, o cümlədən mənim dostumdur, hamının da ona böyük hörməti var. O çox ziyalı insan, ağıllı adamdır, görkəmli şəxsiyyətdir. Biz hamımız onu sevirik, ona hörmət bəsləyirik. Dost kimi Arif müəllim bu layihəyə xeyr-duasını da verib. Ümumiyyətlə, Arif müəllim hamıya xeyr-dua verən adamdır. O heç kəsə pislik arzu etməz, əksinə hamıya yaxşılıq edər. Amma bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.

- Bir vaxtlar sizin Rəsul Quliyevlə yaxşı əlaqələrinizin olması barədə məlumatlar yazılır. Bu nə qədər doğrudur?

- Açıq deyim ki, Mən Rəsul Quliyevi heç vaxt tanımamışam, həyatda onu 2 dəfə görmüşəm. Mən həyatda ən çox diqqət və qayğını ulu öndər Heydər Əliyevdən görmüşəm. İndi isə ulu öndərin oğulu, cənab prezident İlham Əliyevin ətrafındayam, onun tutduğu siyasəti çox bəyənirəm və bunun arxasınca gedirəm. Yazılanlarla bağlı isə deyim ki, insan məşhurlaşdıqca onun adına çox vedrələr bağlanılacaq, çox sözlər qoşulacaq. Bu tarixən də belə olub. Mənim bir düz yolum var və bu yolla da gedirəm. Mən siyasətə qarışmıram. Ümumiyyətlə, mən siyasətlə məşğul olmaq istəmirəm. Bir vaxtlar mən deputat olmaq istəmişəm, amma sonradan anladım ki, bu yanlışdır və onunla da bu fikrimdən uzaqlaşdım. Bundan belə mən heç zaman siyasət adını çəkmərəm. Mənim işim biznesdir, bu layihəni icra etməkdir. Kim də mənim haqqımda nə yazırsa, mən ondan qəti narahat olmuram, əksinə baxıb gülürəm. Anti-reklamın özü reklamdır. Jurnalistlərdən kim mənim haqqımda nə yazırsa, eybi yox yazsın. Amma bir az həqiqəti yazsın. Yalnış yaza bilər, amma yalnışı da bir az düz yazsınlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru