BAKIDA HANSI RAYONLARIN BAŞÇILARI DƏYİŞİR?
Tarix: 10-12-2013, 14:35 |
Çap et
HACIBALA ABUTALIBOV HƏLƏLİK YERİNDƏDİR, AMMA…
DİA.AZ: - Bir neçə gün əvvəl Bakı şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik ediləcəyi haqda xəbər yayıldı. Ardından bu xəbər təkzib olundu. Hətta məlumata reaksiyasını verən BŞİH rəhbəri Hacıbala Abutalıbov ənənəvi yumor hissini də nümayiş etdirdi.
Amma vəziyyət heç də təsvir olunduğu qədərində yumora layiq deyil. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən xəbər ötürülüb. Məlumatı verən qaynaq iddia edir ki, həqiqətən də BŞİH rəhbəri postunda dəyişiklik gözlənilirdi. Sadəcə olaraq məsələnin ictimailəşməsi verilən qərarın icrasının yubadılmasında təşviqçi kimi çıxış edib.
Bu arada bir başqa qaynaqlardan əldə etdiyimiz bilgilərdə isə vurğulanır ki, yaxın günlərdə paytaxtın 3 rayonunun icra başçısı vəzifələrindən azad olunur. Məlumata görə, onlardan biri neçə müddətdir barəsində mətbuatda yazılan və bir sıra ittihamların hədəfi olan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. Qeyd edək ki, mətbuatda «Çakır» ləqəbi ilə anılan Süleyman Mikayılovla bərabər Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin, həmçinin Xətai rayonunun rəhbəri Razim Məmmədovun da vəzifələrindən alınacağı söylənilir.
Xəbəri verən qaynağa görə, hər üç rayonun rəhbərinin eyni gündə vəzifələrindən azad ediləcəyi gözlənilir.