URUQVAY NARKOMANLARIN CƏNNƏTİNƏ ÇEVRİLİR
Tarix: 11-12-2013, 10:17 |
Çap et
Uruqvay dünyada marixuanın istehsalı və satışını qanuniləşdirən ilk ölkə olub. Dünən ölkə parlamentinin yuxarı palatası olan Senat marixuananın satışına rəsmən icazə verən qanun layihəsini təsidiqləyib.
Keçirilən səsvermə zamanı 16 senator qanun layihəsinin lehinə, 13-ü isə əleyhinə çıxış edib. Uruqvaylı deputatların çoxu marixuananın leqallaşdırılmasının tütün istifadəçilərinin sayının azalmasına xidmət edəcəyini açıqlayıb. Digər millət vəkilləri isə yeni qanun layihəsinin ölkədə marixuana istifadəçilərinin sayının artması və cinayət hadisələrinin çoxalamasına səbəb olacağını bildirib.
Uruqvayda marixuanadan istifadəyə 3 halda icazə verilib:
1. Hər kəs özü marixuananın becərilməsi ilə məşğul ola bilər. Lakin altı kol əkə bilər.
2. Klublara üzv ola və oradan marixuana ala bilərlər.
3. Apteklərdən 1 ay ərzində 40 qramdan çox olmayaraq ala bilər. \ faktxeber \