DÖVLƏT TELEVİZİYASINDA RƏHBƏR DƏYİŞİKLİYİ
Tarix: 11-12-2013, 11:46 |
Çap et
İQTİDARİÇİ RƏQABƏTƏ QURBAN GEDƏN ALIŞANOVU KƏNAR KADR ƏVƏZLƏYİR
DİA.AZ: - Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də rəhbər dəyişikliyi həyata keçirə bilər. Bu barədə redaksiyamıza TV-dəki mənbələr xəbər ötürüb.
Qaynağın bildirdiklərindən belə aydın olur ki, hazırda AzTV-yə rəhbərlik edən Arif Alışanovun da zamanı yetişib: «Əslində Arif Alışanov kənardan sakit bir fiqur təsiri bağışlasa da, onu iqtidar daxilində sevməyənlər yetərincədir».
Mənbə DİA.AZ-a verdiyi məlumatında iddia edir ki, məhz hakimiyyətiçi qruplaşmaların rəqabəti fonunda vəzifəsini itirmə təhlükəsilə üz-üzə qalan Arif Alışanovun yerinə kənardan kadr gətiriləcək.