ŞOK: ƏRDOĞANIN PARTİYASIN DAĞILMAĞA BAŞLADI
Tarix: 20-12-2013, 11:15 |
Çap et
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf (AKP) Partiyasında bu həftə başlayan “Böyük rüşvət” şərti adlı əməliyyatdan ardınca kütləvi istefalar başlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partiyanın Qadınlar Təşkilatı kütləvi şəkildə istefa verib. Məlumata görə, Qadın Təşkilatının sədri Fərzan Çakalla birlikdə onlarla qadın AKP üzvlüyündən ayrılıb.
Qeyd edək ki, F.Çakal 2011-ci ildən bəri AKP Qadınlar Təşkilatına rəhbərlik edirdi.
Onu da bildirək ki, bundan daha öncə də AKP Gənclər Təşkilatının 70 üzvü kütləvi şəkildə istefa vermişdi.