KEÇMİŞ BAŞ NAZİR QIZINA VƏZİFƏ VERDİ
Tarix: 20-12-2013, 11:17 |
Çap et
İtaliyanın “Milan” futbol klubunun sahibi Siilvio Berluskoni qızı Barbaranı klubun vitse-prezidenti təyin edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Barbara həm də, komandanın baş meneceri vəzifəsini də yerinə yetirəcək.
Berluskoni bu qərarını hələ ayın əvvəlində bildirmişdi. Nəticədə, direktorlar şurasında Barbara yüksək vəzifə sahibi olub. Bundan başqa, Berluskoinin qardaşı Paolo da vitse-prezident vəzifəsində saxlanılıb.