MÜSAVATDAN "EL"Ə NƏ TƏKLİF OLUNUB?
Tarix: 20-12-2013, 11:46 |
Çap et
Dünən Müsavat Partiyası və “EL” hərakatı arasında ikitərəfli görüş keçirilib. Redaksiyamıza daxil olan məlumata görə,“EL” hərəkatı görüş zamanı Müsavat partiyasının Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyova qarşı sərgilədiyi mövqedən narahatlığını bildirib. Mənbənin verdiyi xəbərə görə, “EL” hərəkatı Müsavat partiyasının İbrahimbəyova qarşı sərgilədiyi mənfi mövqeyini dəyişməsini istəyib.
Moderator.az-a açıqlama verən “El” hərakatının həmtəəsisçisi, Milli Şura üzvü Eldəniz Quliyev görüş zamanı Rüstəm İbrahimbəyov haqda müzakirələrin aparılmadığını bildirdi:
“Bu görüş Milli Şuranın fəaliyyətini daha səmərəli etmək üçün nəzərdə tutulmuşdu. Biz də, Müsavat partiyası da Milli Şuranın gələcəkdə daha uğurlu olması üçün fəaliyyət planlarımız barədə müzakirələr apardıq. Görüşün əsas məqsədi bu idi. Görüş zamanı Rüstəm İbrahimbəyovla əlaqədar heç bir müzakirəmiz olmadı.”