NİHAT KAHVEÇİ “BEŞİKTAŞ”A BƏLA OLDU
Tarix: 11-02-2012, 12:41 |
Çap et
KLUBUN MÜLKİYYƏTİNƏ HƏBS QOYULUB
Bu yaxınlarda futbolçu karyerasını başa vurmuş Nihat Kahveçi keçmiş klubu “Beşiktaş”ın və onun prezidenti Yıldırım Dəmirörənin mülkiyyətinə həbs qoydurub.
Səbəb Kahveçinin 2009-cu ildə İspaniya “Vilyarreal”ından qayıtdıqdan sonra 3 illik müqavilə qarşılığında “Beşiktaş”dan almalı olduğu pulun hələ də ödənməməsidir.
Həbs məbləği üst-üstə 2 milyon 440 min avro təşkil edir. Bunun 800 min avrosu klub prezidenti Yıldırım Dəmirörənin, 1 milyon 640 min avrosu isə “Beşiktaş”ın hesabına yazılıb. Hazırda İspaniyada yaşayan Nihat yanvarın 28-dək gözləsə də, pulunu ala bilməyib. Nəticədə o, fevralın 3-də İstanbul İcra Müdirliyinə müraciət edib.
“Beşiktaş” tərəfi 1 həftə ərzində etiraz etmək hüququna malikdir. Etiraz rədd edilsə, Kahveçinin bütün alacaqlarının ödənilməsi lazım gələcək. Ödənilməyəcəyi halda isə Dəmirörən və “Beşiktaş” Futbol Sərmayələri Şirkətinin mülkü müsadirə olunacaq.