Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                 

“Yalnız AXCP və Müsavatla dialoq heç vaxt ola bilməz”
Tarix: 25-12-2013, 13:32 | Çap et
“Yalnız AXCP və Müsavatla dialoq heç vaxt ola bilməz”
“Media forum” saytının suallarını Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov cavablandırır.

- Azərbaycanda hakimiyyət-müxalifət dialoquna ehtiyac varmı? Məsələn, siyasi motivlərlə həbs olunan şəxslərin azadlığa buraxılması bu dialoqun mövzusu ola bilərmi?

- Müəyyən partiyalarla iqtidar arasında dialoq aparılır. Parlamentdə təmsil olunan siyasi təşkilatlarla vaxtaşırı görüşüb müzakirələr açırıq, Azərbaycanın milli maraqları baxımından taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirik, bəyanatlar imzalayırıq, addımlar atırıq.

Amma Azərbaycanda siyasi motivli həbslər yoxdur. Müxalifətin, bəzi hüquq müdafiəçilərinin siyasi motivli həbs kimi təqdim etdiyi bir nümunəyə baxaq: Nigar Yaqublu avtomobili qanunsuz idarə edib, qəza törədib, nəticədə bir nəfər ölüb. Dünyasını dəyişən şəxsin heç kimi olmadığına görə şikayət edilməyib. Amma fakt budur ki, insan ölüb. Bütün bunlar kameralara düşüb, çəkilib...

- Amma dünyasını dəyişmiş şəxsin oğlu, yaxınları var, onlar demişdilər ki, şikayətçi deyillər...

- Oğlu Azərbaycandan uzaqlaşıb, ABŞ-da yaşayır, məsələləri bilmir. Bütün hallarda ortada ölüm hadisəsi var, hadisə avtomobili qanunsuz idarəetmə nəticəsində baş verib, onu törədənin sürücülük vəsiqəsi olmayıb. Sonra da deyirlər ki, Nigar Yaqublu siyasi motivlərlə məsuliyyətə cəlb olunub. İqtidar kimdənsə xahiş eləyib ki, qanunsuz maşın sürsün aparıb dirəyə vursun, adam öldürsün? İndi də iddia edirlər ki, qanunsuz maşın sürüb adam ölümünə səbəb olan şəxs siyasi motivlə həbs olunub. Qəzetlərinə də şəklini vurublar, azadlıq istəyirlər. Əməl törədilibsə, buna görə məsuliyyət olmalıdır. Nə fərqi var kimin qızıdır, hansı partiyanın üzvüdür. Əgər cinayət törədənlərin kimin övladı, hansı partiyanın üzvü olduğunu əsas götürsək, buna görə onları məsuliyyətdən azad etsək, ölkədə qanunun aliliyini təmin etmək mümkün olmaz, anarxiya yaranar. Ona görə də kiminsə siyasi motivlərlə həbs olunduğunu iddia edib bunu dialoqun şərti kimi irəli sürmək düzgün deyil. Dialoq şərtsiz olmalıdır.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanın bütün məsələləri müzakirə yolu ilə daxildə həll olunmalıdır. Hakimiyyət bəyan edib ki, istənilən məsələni müzakirə etməyə hazırdır. Dialoqla bağlı dövlətin, hökumətin mövqeyi ortadadır. Bəs qarşı tərəf buna hazırdırmı? Öz partiyalarında bununla bağlı ümumi bir razılıq varmı? Müxalifət qanadlarından birini təmsil edən iki partiya buna hazırdırmı? Onlar heç öz aralarında dialoq yarada bilmirlər. Bəs iqtidarla dialoqu necə aparacaqlar, nə danışacaqlar? Hesab edirəm ki, iqtidarla dialoq aparmaq üçün yeni təfəkkürlü insanlar olmalıdır. Bunlar iqtidar-müxalifət qarşıdurmasını düşmənçilik səviyyəsində aparırlar, çünki bu insanların təfəkkürü, düşüncəsi 1990-cı illərdə qalıb. Həmin adamlar indi tutduqları yerlərdən uzaqlaşmayınca həmişə dialoqa mane olacaqlar.

- Müxalifət isə bəyan edir ki, dialoqa hazırdır, amma hakimiyyət bunda maraqlı deyil. İqtidarın imkanları daha genişdir. Müxalifətlə dialoq üçün addım atılmasına nə mane olur?

- Hakimiyyət addım atır, bəyanat verir, mövqeyini açıqlayır. Qalır müxalifət, növbə onlarındır.

- Müxalifət də dialoqa hazır olduğunu söyləyir...

- Müxalifət bunu ümumi qaydada deyir, dialoqa hazır olduqlarının başqa əlaməti ortada yoxdur, görünmür.

- Hesab edirsiniz ki, müxalifətin hazırkı mövqeyi dialoqa mane olur?

- Təbii. Əsasən də müxalifətdəki müəyyən adamlar buna imkan vermirlər, dialoqa mane olurlar.

- Kimlərdir?

- Bəzi partiyaların sədrləri, onların müavinləri prosesi pozurlar.

- Siyavuş müəllim, YAP müxalifətdəki hansı partiya, təşkilat və qüvvələrlə dialoqu mümkün sayır?

- Azərbaycanda müxalifət birrəngli deyil. Müxtəlif mövqeli partiyalar var. Eyni zamanda müxtəlif səbəblərə görə müxalifətdə olan siyasi partiyalar var. İqtidarla həmin partiyaların əksəriyyəti arasında dialoq aparılır, birgə tədbirlər keçiririk, bəyanatlar veririk, müraciətlər imzalayırıq. Bir neçə partiya isə özünü həm cəmiyyətdən, həm də iqtidar-müxalifət münasibətlərindən tamamilə təcrid edib. Onların nəinki hakimiyyətlə, heç normal müxalifətçilik edən başqa partiyalarla da əlaqələri, münasibətləri yoxdur. Bəs iqtidarla dialoqu necə aparacaqlar?

Dialoq ümumi olmalıdır, bunu başqaları da nəzərə almalıdır. ATƏT tədbir keçirir, ora yalnız iki müxalifət partiyasını çağırır, başqalarını kənarda saxlayır. Sual yaranır ki, sən bunların müxalifət olduğunu, digərlərinin isə olmadığını necə müəyyənləşdirirsən? Əgər hakimiyyəti tənqid etməyi meyar kimi götürürlərsə, tədbirlərə dəvət olunmayanlar daha çox tənqid edir, fikir söyləyir, təklif verir. Bəs niyə ayrı-seçkilik salırlar?

- Bu sualları ATƏT-in Bakı ofisinin rəhbərliyinə vermisiniz?

- YAP-da və başqa yerlərdə keçirilən görüşlərdə dəfələrlə məsələ qaldırmışıq, suallar vermişik. Onlara deyirik ki, tədbir keçirirsinizsə, rəsmən qeydiyyatdan keçmiş bütün partiyaları dəvət edin. Məsələyə ən doğru yanaşma budur. Yaxud da iqtidar-müxalifət dialoqu təşkil edirlər, biz gedirik, müxalifət kimi də bütün müxalifət partiyaları dəvət olunmalıdır. Niyə ADP müxalifət hesab olunmur, amma Müsavat Partiyası müxalifət sayılır? Yaxud da BAXCP, KXCP müxalifət sayılmır, amma AXCP müxalifət hesab edilir? Belə yanaşma həmin partiyaların dialoqla bağlı mövqelərində çaşqınlıq yaradır. Dialoq ümumi olmalıdır. Bütün müxalifət partiyaları toplaşmalıdır, iqtidar da gəlib oturmalıdır və müəyyən bir məsələnin müzakirəsi aparılmalıdır. Amma bir-iki partiya ilə dialoqdan söhbət gedə bilməz. Dialoq bütün siyasi sistemi əhatə etməlidir.

- ATƏT-in Bakı ofisindən bu iradlarınıza, suallarınıza nə cavab veriblər?

- Məsələni dəfələrlə gündəmə gətirsək də, əsaslı cavab almamışıq. Nəinki biz, başqa partiyaların nümayəndələri də bu məsələni qaldırıblar, tədbirlərə niyə dəvət olunmadıqlarını soruşublar. Məsələn, Ana Vətən Partiyası məsələ qaldırır ki, Azərbaycanda ilk yaranan partiyalardan biriyəm, hansı əsasla ATƏT bizi tədbirlərinə çağırmır, arqumentiniz, əsasınız nədir?

ATƏT rəsmilərinə bu iradları bildirəndə qəbul edirlər. Amma fəaliyyətlərində, yanaşmalarında dəyişiklik eləmirlər, yenə də ayrı-seçkiliyə yol verirlər.

- Bəlkə Ana Vətən Partiyası hakimiyyət yönlü olduğuna görə iqtidar-müxalifət dialoquna dəvət olunmur? Yəni hakimiyyət nümayəndələri müzakirələrdə iştirak edirlər, əsas da hakimiyyətin mövqeyidir fikri əsas götürülür...

- Bu məsələ də müəyyən rol oynayır. Amma partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir, öz nizamnaməsi, mövqeyi, hədəfləri var. Ona görə də məsələyə hər bir partiyanın öz mövqeyi var prizmasından yanaşılmalıdır.

- AXCP, Müsavat və bir neçə partiyanın iştirak etdiyi müzakirələri iqtidar-müxalifət dialoqu saymırsınız? Bu formatda dialoq mümkün deyilmi?

- Söhbət iqtidar-müxalifət dialoqundan gedirsə, burada hakim partiya və bütün müxalifət iştirak etməlidir. Yalnız AXCP və Müsavatla dialoq mümkün deyil, heç vaxt da ola bilməz. Azərbaycanda yalnız iki partiya mövcud deyil. Ölkədə 100-dən artıq partiya var, bunların 50-dən çoxu rəsmi dövlət qeydiyyatından keçib. Onlardan da təxminən 20-si müxalifətdə olduğunu bəyan edib, hakimiyyəti bəyənmir, gecə-gündüz iqtidarı tənqid edir.

- Bəzi partiyalar dövlət qeydiyyatından keçsə də, fəaliyyəti gözə dəymir. Onların iqtidar-müxalifət dialoqunda iştirakının nə kimi xeyri ola bilər?

- Bütün partiyalar fəaliyyət göstərir, heç kimə demək olmaz ki, sənin işin görünmür. Fəaliyyətin müxtəlif formaları var. Mən uzun illərdir partiyalarla işləyirəm, elmi işim də bu mövzudadır, siyasi partiyaların fəaliyyətini həm nəzəri, həm də praktik şəkildə araşdırmışam. Azərbaycanda siyasi partiyaların təsnifatı belədir: Birincisi, ölkənin bütün ərazisində fəaliyyət göstərən partiya - bu, yalnız YAP-dır. İkincisi, elə partiya var ki, paytaxtda və bir neçə regionda mövcuddur. Üçüncüsü, yalnız paytaxtda fəaliyyət göstərən partiyalar var. Dördüncüsü də yalnız qəzet səhifələrində görünən partiyalardır. Yəni ölkənin siyasi mənzərəsi dörd tip partiyadan əmələ gəlib. Biri qəzet səhifələrində fəaliyyət göstərir, hər gün bəyanat verir, çıxış edir, məsələlərə münasibət bildirir, amma sosial bazası, elektoratı yoxdur. Sadəcə olaraq partiyanın rəhbər strukturları var, aşağı təşkilatlardan isə heç bir xəbər yoxdur. Digərləri qəzet üzərində, qismən də real həyatda fəaliyyət göstərir, dar sferanı əhatə edir. YAP-ın isə ölkənin hər bir yaşayış məntəqəsində yerli təşkilatı var. Asiya ölkələrində, Avropa Xalq Partiyasında bizim təcrübəmizdən yararlanırlar və YAP-ın əsas gücünün yerli strukturlarda olduğunu etiraf edirlər. Biz əsas gücümüzü yerli təşkilatların gücləndirilməsinə yönəldirik. Çünki seçki yerlərdə olur, yalnız paytaxtda və partiyanın qərargahında keçirilmir. Bizim isə hər regionda ictimai-siyasi proseslərdən baş çıxaran, insanları arxasınca aparmağı bacaran sanballı nümayəndələrimiz var. Kimin fəaliyyəti var, kiminki yoxdur prinsipini əsas götürsək, ələkdən keçirsək, bir-iki partiya qalacaq.

- Hansılar qalacaq?

- Eləsi var yeni yaranıb, amma neçə illər fəaliyyət göstərən partiyaları keçib, yaxşı işləyir, irəli gedir.

- Siyavuş müəllim, YAP ATƏT-in Bakı ofisinin iqtidar-müxalifət dialoqu təşkil etməsindən narazıydı. 2014-cü ilin yanvarından Bakı ofisinin mandatı dəyişdiriləcək və layihə koordinatoru funksiyasını yerinə yetirəcək. Çox güman ki, ATƏT-in Bakı ofisi bundan sonra iqtidar-müxalifət dialoqu təşəbbüsü ilə çıxış etməyəcək. YAP-ın dialoq təşəbbüsünü öz üzərinə götürməsi mümkündürmü?

- YAP bir neçə dəfə dialoq təşəbbüsü ilə çıxış edib, bundan sonra da çıxış edə bilər. Bizim təşəbbüsümüz əsasında bir neçə dəfə dialoq baş tutub. Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi və başqa məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət imzalanması üçün partiyaları dəvət etmişik. Bəziləri müraciəti imzalayıb, bəziləri imzalamayıb.

Təxminən beş il əvvəl partiyaların qərargahında toplanmaq, müzakirələr aparmaq təşəbbüsü vardı. Bu formatda bir neçə görüş keçirildi. Növbəti görüş YAP-ın qərargahında olmalıydı. Biz də dialoq mövzusu kimi siyasi partiyaların maliyyələşməsi məsələsini seçmişdik. Amma bir sıra partiyalar bu mövzunun müzakirəsindən boyun qaçırdı, görüşə gəlmədi, bununla da dialoq pozuldu.

Dialoq zamanı hansı mövzunun müzakirəyə çıxarılması da böyük əhəmiyyət kəsb edir. AXCP sərbəst toplaşmaq azadlığının təmin olunması mövzusunu seçmişdi. Müsavat Partiyası da başqa mövzu qoymuşdu. Biz həmin görüşlərə də getdik, müzakirələrdə iştirak etdik. Biz də öz mövzumuzu seçib təklifimizi onlara çatdırdıq. Söhbət şəffaf maliyyələşmədən getdiyinə görə onlar müzakirədən qaçdılar. Müzakirə olunası çox mövzu var, birini gündəmə çıxarmaqla məsələ həll olunan deyil.

- Yəqin müxalifətin pulu olmadığına görə bu məsələnin müzakirəsini əhəmiyyətsiz sayıb...

- Kasıb olub-olmadıqlarını bilmirəm. Amma 20 ildir işləməsələr də, heç nə dəyişməyib, bahalı avtomobildə gəzirlər, cangüdənlər saxlayırlar, vəziyyətləri günü-gündən yaxşılaşır. Kasıblıqlarını göstərən bir əlamət yoxdur, güzəranları günü-gündən yaxşılaşır.

Bütün məsələlər şəffaf olmalıdır. YAP ildə bir dəfə ictimaiyyətə hesabat verir. Həmin hesabatda il ərzində partiyaya nə qədər vəsait daxil olduğu, hara xərcləndiyi aydın göstərilir. Biz bütün maliyyə əməliyyatlarını bank hesabı vasitəsilə həyata keçiririk, aidiyyəti qurumlara hesabat veririk. Amma onlar bu günədək hesabat verməyiblər. Partiya fəaliyyət göstərirsə, tədbir keçirirsə, işçilərə əməkhaqqı ödəyirsə, bunu hansı maliyyə hesabına etdiyini cəmiyyətə açıqlamalıdır, hesabat verməlidir. Şəffaflıqdan danışırlar, amma haradan maliyyələşdiklərini demirlər. Bank hesablarını göstərsinlər.

- Dialoq üçün yenə bu mövzunu təklif edirsiniz?

- Bunu nümunə kimi göstərdim. Dialoq təşəbbüsü ilə çıxış edən partiya müxtəlif mövzular təklif edə bilər. Ona görə də bütün partiyalar bir araya gəlib vahid bir mövzu seçə bilər. Hesab edirəm ki, öncə Azərbaycanın milli və dövlət maraqları ilə bağlı məsələlər müzakirə olunmalıdır. İkinci mərhələdə başqa mövzulara keçmək olar.

Azərbaycana xarici müdaxilələr, təzyiqlər var. Bunu edənlərə dəstavüz olmaz qəbuledilməzdir və olmamalıdır. Azərbaycan ümumi vətəndir, hamımız bunun dəyərini bilməliyik, qorumalıyıq. Erməni lobbisinin sifarişi ilə xarici mətbuatda Azərbaycan əleyhinə əsassız, qeyri-obyektiv yazılar dərc olunur. Bəzi mətbuat orqanları həmin qərəzli yazıları tələsik tərcümə edirlər, üstünə də öz qərəzlərini əlavə edib yayırlar. Böyük dövlətlər var, imkanları genişdir, Azərbaycanı sıxa bilirlər. Ölkədə ümumi həmrəylik olanda, onlar da geri çəkilirlər, istədiklərinə nail ola bilmirlər. Bizim kiçik məsələlərimiz var ki, onları hər gün beynəlxalq aləmdə qaldırmaq, bundan Azərbaycana problem yaratmaq olmaz.

Azərbaycanda erməni mənşəli insanlar var, onların əksəriyyəti də hüquq müdafiə sahəsində işləyirlər. Bütün günü xaricə mənfi informasiya ötürməklə məşğul olurlar. Obyektiv işləyən hüquq müdafiə təşkilatları da var. Onlar ölkəni təzyiqlərdən qorumağa çalışırlar. Bütün bunları ümumiləşdirmək və milli maraqların qorunması üçün ortaq yolu tapmaq lazımdır. İqtidar, müxalifət, bütün cəmiyyət bir yerdə olanda ölkə də daha güclü olur.

- YAP rəsmiləri müxalifət liderlərinə zəng vurub dialoq təklif edə bilərlərmi?

- Niyə etmirlər ki! Hazırda bununla bağlı müzakirələr aparılır. 2014-cü ildə bu məsələyə baxılacaq. YAP-da on iki komissiya yaradılıb. Onlardan biri də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun rəhbərlik etdiyi partiyalararası əlaqələr və dialoq komissiyasıdır. Bu komissiya partiyalarla dialoqun istiqamətlərini, formalarını araşdırmaq, təşkil etmək üçün yaradılıb. Komissiyanın əsasnaməsi və iş planı tezliklə təsdiqlənəcək. YAP-ın komissiyaları yanvardan öz proqram və tədbirlər planlarına uyğun fəaliyyətə başlayacaq. Adını çəkdiyim komissiyanın təşkil edəcəyi dialoq da yalnız YAP-müxalifət dialoqu yox, həm də hakimiyyət-müxalifət dialoqu olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru