AZƏRBAYCANIN "YAMAQ" BAYRAMI
Tarix: 13-02-2012, 13:41 | Çap et
VALENTİN GÜNÜ İLƏ BAĞLI NEYNƏMƏLİ?
Azərbaycanda Valentin Gününün keçirilməsi dayandırılmalı və onun keçirilməsinin qarşısını almaq üçün geniş şəkildə təbliğat aparılmalıdır. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Aktual Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı deyib.
O hesab edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Valentin Gününün keçirilməsinə biznes dairələri daha çox maraq göstərirlər. Bu bayram müəyyən biznes qurumlarının öz gəlirlərinin artırılmasına xidmət edən bayramlardan biridir.
Sosioloq bildirib ki, milli və dini baxımdan Valentin Gününün Azərbaycanın mədəniyyəti, ənənələri ilə, eyni zamanda, dinimizlə heç bir bağlılığı yoxdur. Bu bayram xristian dünyasında baş vermiş hadisənin təcəssümüdür.
"Xristian dünyasının özündə də bu bayrama qarşı artıq təpkilər var. Onlar da dərk edirlər ki, Valentin Günü daha çox maddi maraqların ön plana çəkildiyi bir bayramdır. Azərbaycanda bir qisim insanlar bu bayramı kor-koranə şəkildə qeyd edirlər. Amma bu, Azərbaycan üçün yamaq və uydurma bayramdır", - Süleymanlı deyib.
Bu bayramın son illərdə Azərbaycan cəmiyyətində də geniş qeyd edilməsinə təəssüflənən sosioloqun fikrincə, ölkədə Valentin Gününün kütləviləşməsində KİV-lərin, o cümlədən internet saytlarının xüsusi rolu var. Onlar bu günu geniş şəkildə təbliğ etdikləri üçün həmin bayram istər-istəməz kütləviləşir və insanların onlara marağı artır.
Bu bayramın gənclər tərəfindən geniş şəkildə qeyd edilməsinin əleyhinə olan Süleymanlının fikrincə, Valentin Gününün ölkədə qeyd edilməsi Azərbaycan gənclərinin şüuruna yad elementlərin təsir göstərməsinə səbəb olur. Valentin Gününü restoranlarda, xüsusi əyləncə yerlərində keçirən gənclər öz "sevgi"lərini göstərə biləcək bəzi əxlaqsız hərəkətlərə də yol verə bilərlər. Bunu yolverilməz hal sayan Süleymanlı hesab edir ki, bayramın keçirilməsi gənclərin xərclərini də artırır. Sadalanan bütün bu amillər isə onu deməyə əsas verir ki, Valentin Gününün Azərbaycanda keçirilməsi çox yanlış addımdır. Onun qeyd edilməsində heç bir müsbət cəhət yoxdur, bu bayramın keçirilməsinin fəsadları daha çoxdur.
"Sevginin xüsusi gününün qeyd olunması özü absurd anlayışdır. Sevgi varsa, bu, 365 günün 365-də də özünü büruzə verəcək, yoxdursa, sevgi hiss olunmayacaq. Əgər kimsə nişanlısı və yaxud həyat yoldaşını sevgisini göstərmək üçün hədiyyə ilə təbrik etmək istəyirsə, maddi yükün altına girir. Bu, özü yolverilməzdir. İnsanlar bu hədiyyəyə görə pul əldə etmək üçün qeyri-leqal yollara baş vura bilirlər. Bütün bunları nəzərə aldıqda görürük ki, bayramın ölkədə keçirilməsi düzgün deyil", - sosioloq əlavə edib.
O deyib ki, son 3-4 ildə bəzi qruplar Valentin Gününin Azərbaycanda keçirilməsinə etiraz etməyə və onun qeyd olunmaması üçün çox ciddi cəhdlər aparmağa başlayıblar. Bu günün Azərbaycanda qeyd olunmasının qarşısını almaq üçün ən effektiv yollardan biri KİV-lər tərəfindən 14 fevral - Sevgililər Günü ilə bağlı təbliğatın dayandırılmasıdır.
"Xüsusi biznes qurumları bu bayramdan xeyir götürdükləri üçün öz təbliğatlarını aparacaqlar. Amma əks-təbliğat olaraq, Valentin Gününün milli mədəniyyətimizə, şüurumuza nə qədər ziyanlı olması da təbliğ edilməli və belə uydurma bayramlara mübarizə aparılmalıdır", - Süleymanlı qeyd edib.
Qeyd edək ki, Qədim Romada 14 fevralda "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıya görə Lupercalia bayramı keçirilməyə başlanılırdı. Bu bayram xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Həmin bayramda romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, oğlanlar bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər.
Romada yaşayan rahib Valentin Roma imperatoru 2-ci Kladiusun qadağasına baxmayaraq, gəncləri gizlicə evləndirirdi. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. O, miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Buna görə də Luperkalianın başladığı gün "Valentin günü" olaraq bayram edilməyə başlanıldı.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00 |
|
|
|
|