TÜRKİYƏDƏN AZƏRBAYCANA QARDAŞ JESTİ
Tarix: 13-02-2012, 16:32 |
Çap et
BÜTÜN MƏSCİDLƏRDƏ XOCALI FACİƏSİ ANILACAQ
Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Osmanlı bu ölkənin Diyanet İşləri başqanı Mehmet Görməzlə görüşüb.
C. Osmanlının APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
C. Osmanlı görüşdə Xocalı soyqırımının ildönümü münasibətilə təklif də irəli sürüb. O təklif edib ki, Xocalı soyqırımının ildönümündən iki gün əvvəl - fevralın 24-də Türkiyənin bütün məscidlərində oxunacaq cümə xütbələrində Xocalı şəhidləri yad edilsin, onların ruhlarına dua oxunsun, faciə barədə məlumat verilsin.
Təklif M. Görməz tərəfindən qəbul edilib.