MÜSAVAT YER DƏRDİNDƏN XARİCƏ GEDİR...
Tarix: 20-02-2012, 12:22 |
Çap et
PARTİYANIN QURULTAYI TƏXİRƏ SALINA BİLƏR
Müsavat Partiyasının martın 4-5-də keçiriləcək növbəti qurultayının xaricdə təşkil edilməsi ilə bağlı rəsmi təklif irəli sürülməyib. Bu barədə SalamNews-a partiyanın sədr müavini Gülağa Aslanlı, Azərbaycan mətbuatında qurultayın Türkiyə, yaxud Gürcüstanda keçiriləcəyi ilə bağlı yayılmış xəbəri şərh edərkən bildirib.
O deyib: "Düşünürəm ki, qurultayın xaricdə keçirilməsindən danışmaq üçün hələ tezdir. Əgər bu barədə rəsmi təklif daxil olarsa, biz buna münasibət bildirəcəyik. Partiyanın Divanında belə bir təklif səslənməyib. Lakin təklifin mövcudluğunu da inkar etmirəm. Bu xəbər mətbuatda yayılıbsa, deməli, təklif mövcuddur və biz ona baxmağa hazırıq".