ƏSİR ƏSGƏRİMİZƏ BAŞ ÇƏKİBLƏR
Tarix: 20-02-2012, 13:10 |
Çap et
MƏMMƏDBAĞIR AXUNDZADƏ İLƏ GÖRÜŞ 1 HƏFTƏ ƏVVƏL OLUB
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 14-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.