ŞEYX DAHA BİR ADAMINI İTİRƏCƏK
Tarix: 21-02-2012, 13:13 | Çap et
SAHİBKARLARA DİVAN TUTAN ZƏRDABIN İCRA BAŞÇISININ “FƏTVASI” VERİLİB
DİA.AZ: - Artıq yerlərdə korrupsiyanın tüğyan etməsi xəbəri kimsəni maraqlandırmır. Çünki hər kəs bunu adi bir yaşantı kimi qəbul edir. Hətta korrupsiya ilə mübarizə görüntüsü də məlum rəyə təsir edəcək qədər deyil. Əslində burada qeyri-adi heç nə yoxdur. Ona görə ki, korrupsioner kimi həbs olunanlar sahibsizlər və yaxud da adları “qra siyahı”da olan qurbanlıqlardır. Daha ciddi fiqurlar isə “korrupsioner ovu məngənəsi”nin dişlərindən kənarda qalır. Onlardan biri də Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar Birliyi Zərdab rayon şöbəsinin sədri Sarıyev Vüqar Nazir oğlu “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ünvanladığı öz ərizəsində göstərir ki, o, 2010-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin və RİH-nin Zərdab şəhəri üzrə nümayəndəsi Hafiz Kərimovun dələduzluq əməllərinin qurbanı olmuş, nəticədə 6000 (altı min) manat məbləğində maddi ziyana məruz qalıb. Ərizədə bildirilir ki, 2010-cu ilin avqust ayında V.Sarıyev başçı L.Babayevlə görüşüb. Həmin görüşdə V.Sarıyev sahibkarlıqla məşğul olmaq niyyətini və bu məqsədlə ona torpaq sahəsi ayrılması (satılması) barədə xahişini icra başçısına bildirib. Qısa sürən müzakirələrdən sonra tərəflər 5000 (beş min) manat müqabilində yeni sahibkara 500 kv.m torpaq sahəsi ayrılacağı barədə razılığa gəlirlər. Bir neçə gün sonra Vüqar Sarıyev razılaşdırılmış məbləği gətirərək nəğd şəkildə Lütvəli Babayevə verir və icra başçısı da öz növbəsində torpaq sahəsinin ayrılması və sənədlərin hazırlanmasına dair dərhal müvafiq göstərişlər verir. Daha bir neçə gündən sonra bütün lazımi sənədlər, o cümlədən 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Zərdab RİH memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədo tərəfindən imzalanmış rəy, Dövlət Torpaq və Xəritəçəkmə Komtəsi Zərdab rayon şöbəsinin rəyi, Torpaq şöbəsi tərəfindən çəkilmiş plan, torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş və on təşkilat tərəfindən imzalanmış akt hazırlanmış və həmin sahə V.Sarıyevə göstərilib. Həm Lütvəli Babayev, həm də Hafiz Kərimov Vüqar Sarıyevə bildirirlər ki, bir neçə günə sərəncam veriləcək və artıq tikinti işlərinə başlamaq olar. Bu vədlərin müqabilində V.Sarıyev həmin ərazidə təqribən 1000 (min) manatlıq qum-çınqıl tökmə işləri gördürür. Lakin bütün bunlardan sonra sərəncam ləngidilərək hələ də verilmir. Bir neçə gündən sonra isə L.Babayevin əsil məqsədi özünü büruzə verir. Belə ki, icra başçısı yeni formalaşan sahibkardan əlavə olaraq daha 5000 (beş min) manat ödəməsini tələb edir. Buna imkanı çatmadığını və ən əsası da bu tələbin razılaşmaya uyğun olmadığını bildirən Vüqar Sarıyev əlavə məbləği ödəməkdən imtina edir. Lakin iştahasını boğa bilməyən L.Babayev də güzəştə getmir. Nəticədə isə V.Sarıyev həm sərəncamsız, həm də pulsuz qalır. Təbii ki, Lütvəli Babayevin və Hafiz Kərimovun aldıqları pulu qaytarmaq barədə düşündüklərini belə ehtimal etmək çətindir. Vüqar Sarıyevin yeganə ümidi isə şikayət ərizəsi ilə müraciət etdiyi müxtəlif instansiyaların görəcəkləri tədbirlərə qalıb. Lakin bu instansiyaların da əksəriyyəti həmin ərizələri araşdırılması üçün məhz elə L.Babayevin üzərinə ünvanlayır.
Onu da xatırladaq ki, Lütvəli Babayev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adamı hesab olunur və onun qardaşı Hacı Xanəli Babayev Mingəçevirin və Şirvanın axundudur. Ona qarşı isə bir ara dövrü mətbuatda çox sərt ittihamlar irəli sürülmüşdü, hətta axund Mingəçevir mədrəsəsində təhsil alan azyaşlı qızlardan birini zorlamada da ittiham olunurdu. Hacı Xanəliyə qarşı ittihamlar içində onun narkotiklə bağlılığı ilə də məqamlar var idi.
İndi isə məlum olur ki, arxalarında Şeyxin dayandığı Babayev qardaşları yenə də şakyətlərə nədən olmaqdadırlar. Amma bu uzun sürməyəcək. Bu barədə redaksiyamıza məlumat verən hökumət içindəki qaynaq bildirir ki, Lütvəli Babayevin artıq vaxtı yetişib və onun vəzifədən çıxarılması an məsələsidir.
Qeyd edək ki, bir sıra KİV-lər son zamanlar ümumiyyətlə Şeyxin mövqelərinin zəifləməsi barədə xəbərlər yayırlar. Və ona görə də Hacı Allahşükür Paşazadənin əvvəlki qaydada Babayev qardaşlarının arxasında dayanmayacağı da məlum olur.
DİA.AZ - Ziya Yusifov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
• Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14 |
|
|
|
• Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09 |
|
|
|
• "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02 |
|
|
|
• Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59 |
|
|
|
• “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55 |
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
|