İRANDAN AZƏRBAYCANA ƏRAZİ İDDİASI
Tarix: 21-02-2012, 15:12 | Çap et
FARSLAR BÜTÜN AZƏRBAYCANI ÖZ TORPAQLARI HESAÖ EDİRLƏR
DİA.AZ: - Artıq fars-molla rejiminin həyasızlığı bütün əndazələri aşmaqdadır. İiki ölkə arasındakı münasibətlərdə nə diplomatik incəliklər qalıb, nə də qonşuluğun yaratdığı hansısa mehriban təmas. Açıq-aşkar Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan rəsmi Tehran artıq bütün Azərbaycan torpaqlarına ərazi iddiası irəli sürməkdədir.
«Dünya» İnformasiya Agentliyinin (diaaz.space) fars mətbuatına istinadən bildirdiyi xəbərə görə, yenidən «Gülüstan» və «Türkmənçay» müqavilələrini öz ampluasından gündəmə daşıyan molla rejiminin təbliğatçıları bu hadisə ilə tarixi Azərbaycan torpaqlarının ikiyə bölünməsini bir kənara ataraq, guya ki, Rusiyanın İranın bəzi ərazilərini işğal etməsi kimi təqdim edirlər.
Hər halda, hələlik İranın qeyri-rəsmi dairələrinə aid bu gülməli açıqlamaların sabah rəsmi dillərlə də ifadə olunacağı heç şübhəsizdir. Xüsusən də artıq molla rejimi əgər öz helikopterlərini belə hava məkanımıza soxuşdurursa…
«Arannyus» portalında yer alan sözügedən biabırçı faktı - fars həyasızlığının təzahürünü diqqətinizə çatdırırıq:
«Tarixi məsələləri açıqlamaqda bizim məqsədimiz məhz regionun tarixiniə aydınlıq gətirmək və tarixi saxtakarlıqla elmi qarşılaşmaqdır.
Tehran Universiteti müəllimi və Qafqaz məsələləri üzrə baş tədqiqatçı doktor Bəhram Əmir Əhmədyan Təbriz Universitetində keçirilən "Türkmənçay müqaviləsinin təhlili və araşdırılması" Elmi Toplantıda çıxışında tarixi məsələləri açıqlamaqda məqsədin məhz regionun tarixiniə aydınlıq gətirmək və tarixi saxtakarlıqla elmi qarşılaşma olduğunu bildirərək dedi: "Biz tarixi məsələlərin açıq və düzgün bəyan olmasının ardıncayıq və region ölkələrin torpaqlarında gözümüz yoxdur".
O, daha sonra dedi: "İran, tarix boyu heç vaxt başqa ölkələrin ərazilərinə tamah salmayıb, amma təəssüflər olsun ki, bizim bəzi qonşularımız, o cümlədən Rusiya torpaqlarımızdan bəzi hissələrini bizdən ayırıb. Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ayrılan ərazilər də o cümlədəndir".
Doktor Əmir Əhmədyan bu barədə vurğuladı: "Bu gün İran o qədər qüdrətlidir ki, acı tarixi hadisələrin bir daha təkrarlanmasına yol vermir".
Əmir Əhmədyan Qafqaz regionunda təzə müstəqillik qazanmış bəzi ölkələrin tarixçilərinin İranın Qafqaza tarixi sahibliyini inkar etmələrinə işarə edərək açıqladı: "Gülüstan və Türkmənçay müqavilələri İranın Qafqaz regionuna tarixi sahibliyinə ən tutarlı dəlildir".
Tədqiqatçı daha sonra dedi: "Həmin vaxtlar Fransa kimi güclü bir ölkəni məğlub etmiş Rusiyanın İranla Türkmənçay müqaviləsi bağlamağa nə ehtiyacı vardı? Qafqazın İrandan ayrılmasına səbəb olmuş bu müqavilələrin Rusiyanın İranı Qafqazın sahibliyini rəsmi olaraq tanımasından ayrı bir mənası varmı?"
Doktor Əmir Əhmədyan çıxışının davamında dedi: "Əgər bu tarixçilərin iddiaları əsasən, İran-Rus müharibələri zamanında Qafqaz xanları müstəqil idilərsə, bəs onda niyə Rusiya Gülüstan və Türkmənçay müqavilələrini onlarla bağlamayıbdır?"
Qafqaz məsələləri üzrə baş tədqiqatçı Qacar zamanında Rusiyanın İrana hücumunun hədəflərinə işarə edərək dedi: "Rusiyanın öz ərazilərini cənub istiqamətində genişləndirməkdə əsas məqsədi isti sulara çatmaq, cənub-qərbdə başsız və müdafiə baxımından zəif ərazilərinin təhlükəsizliyini təmin etmək olmuşdur. Bu istiqamətdə hündür Qafqaz dağları Rusiya üçün təbii müdafiə səddi idi. Ona görə də cənuba tərəf irəlilədi və Qafqaz dağlarından keçərək Araz sahilinə çatdı"».

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|