SİYAVUŞ NOVRUZOV GÜL AĞZINI AÇDI
Tarix: 24-02-2012, 14:56 |
Çap et
YAP-ÇI DEPUTATIN HƏDƏFİNDƏ AXCP SƏDRİDİR
“Əli Kərimli satqınlıq simvoluna çevrilib”.
APA-nın xəbərinə görə, bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. S. Novruzov bildirib ki, Ə. Kərimli vaxtilə rəhbəri Əbülfəz Elçibəyi və ətrafındakı başqa adamları satıb: “İndi də xalqın maraqlarını satmaqla məşğuldur”.
S. Novruzov bildirib ki, Ruslan Bəşirliyə nümunə olan Ə. Kərimli Azərbaycan gənclərinə nümunə ola bilməz: “Guya gənclər qarşısında çıxış edir. O, gənclərə necə nümunə olacaq? İndiyədək Xocalıdan bir kəlmə danışmayıblar, bir məqalə yazmayıblar. Onların adı ermənilərlə bir sırada çəkilməlidir”.