FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ .....                     Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb .....                     Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI .....                     Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu .....                     Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb .....                     Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı .....                     Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını .....                     ATƏT böhran içində, MQ isə “yaşayır” .....                     20 yaşlı qadın doğuş zamanı öldü .....                     ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı .....                     Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                 

DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ KORRUPSİYA
Tarix: 27-02-2012, 10:23 | Çap et
DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ KORRUPSİYA

TİMUR MEHDİYEVİN İDARƏSİNDƏ MİQRANT DƏLLALLARI AT OYNADIR

DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hal-hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir. Bu barədə hətta Milli Məclisdə müzakirə olunmuşdu. Millət vəkilləri Dövlət Miqrasiya Xidmətinin Azərbaycana gələn miqrantlarla bağlı verdiyi statistik məlumatlar yetərincə dəqiq olmadığını bildirmişdilər. Və bu sahəyə diqqətin artırılması qeyd edilmişdi.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin çox qismi rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstandan və İrandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstəririlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalarda, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rusumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. DİA.AZ olaraq araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Bundan əlavə Beynəlxalq təcrübəyə əsasən, ölkəyə əmək fəaliyyəti üçün gələn əcnəbi avtomatik olaraq immiqrant statusu almalıdır. Qanunda isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşayış hüququnu Azərbaycanda ən azı iki il yaşadıqdan sonra tanımağı nəzərdə tutur. Digər tərəfdən onlar müvəqqəti qalma və müvəqqəti yaşama mərhələlərini keçməlidir. Müvəqqəti qalma müddəti giriş vizasının müddəti ilə məhdudlaşır. Vizasız giriş hüququ olan şəxslər - məsələn, MDB ölkələrinin sakinləri - Azərbaycanda 90 günə qədər qala bilərlər.

Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 1 il müddətinə qədər müvəqqəti yaşama icazəsi almalıdırlar, bu icazə dörd dəfə eyni müddətə uzadıla bilər. Və hər dəfə də yeni icazə almaq üçün Miqrasiya Xidmətinə müraciət etməlidir. Təbii ki, rüşvət vermə proseduru yenidən təkrarlanmalıdır. Yalnız Azərbaycanda iki il yaşadıqdan sonra xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə immiqrant statusu ala bilər.

Digər tərəfdən normal ölkələrdə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün gedəcəyi ölkənin diplomatik missiyasına müraciət edir. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərlər. Bizdə bütün məsələlər burda həll olunur. Onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Yəni bura gəlmək istəyən əcnəbi bilavasitə məmurların bığının altından keçməlidir. Və bu cür pullu iş bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə görülür.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir. Maraqlıdır ki, Dövlət Miqrasiya Xidmətində belə bir vəziyyətin yaranması PA rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin həmin idarəyə birinci müavin təyin olunmasından sonraya təsadüf edir. Bu sahə ilə məşğul olan şəxslərin sözlərinə görə əvvəllər problem bu qədər ciddi deyilmiş.

Məhz T.Mehdiyevin gəlişindən sonra artan miqrant dəllallarının yaratdıqları şirkətlər əcnəbi vətəndaşları idmançı, turist adı ilə ölkəyə gəlməsinə köməklik edir. Və onları pulun hesabina əməkçi miqranta çevirirlər. Bəzi hallarda isə bu əcnəbilər insan alverinin qurbanı olurlar. Onlar dediyim kimi, idman, futbol, turist, hansısa sahənin mütəxəssisi kimi bura gətirilir, sonra isə pasportunu əlindən alıb restoranlarda, şadlıq evlərində ayrı-ayrı məqsədlərlə çalışdırırlar. Misal üçün, şadlıq evlərində qara qul kimi, xonça tutan kimi işləyən və yaxud müştəri cəlb etmək üçün qapıda duran qara dərili əcnəbiləri əksəriyyət görüb. Hətta onları televiziya ekranlarına belə çıxardıblar. Bu insanlar kimdir, hansı adla orda çalışırlar, onları kimlər himayə edir? Bütün bunlar növbəti araşdırmalarımızda...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59
ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55
20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47
ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru