BAŞ REDAKTOR HƏBS OLUNA BİLƏR
Tarix: 27-02-2012, 11:48 |
Çap et
AĞDAMIN İCRA BAŞÇISI DA MƏTBUATA QARŞI KAMPANİYAYA QOŞULUB
DİA.AZ: - Daha bir baş redaktor həbs təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə DİA.AZ-a məlumat Ağdamdakı bölgə müxbirimiz tərəfindən ötürülüb. Müxbirimizin sözlərinə görə, artıq daha bir baş redaktorun qollarının qandallanması üzərində iş gedir.
Verilən məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin başçısının müavini Rövşən Hüseynov, “Seans” (Bölgə qəzetidir, əsasən Ağdam, Bərdə və Tərtər rayonlarından yazılar dərc olunur) qəzetinin təsisçisi Xəyyam Salmanzadənin həbs olunmağını və qəzetin isə 50.000 manat cərimə olunmağını tələbi ilə, Ağdam rayon məhkəməsinə müraciət edib.
Müraciət etməyinin səbəbini isə, qəzetdə şərəf və ləyaqətinin təhqir olunduğunu göstərib. Amma əslində isə, səbəb bu deyil. Sadəcə olaraq, qəzetdə rayonlardan baş alan məmur özbaşınalıqları, vətəndaş hüquqlarının kobud sürətdə pozulmasından dərc edən olunuduğundan, rayon icra başçısının tapşırığı ilə bu addım atılıb.
Hal-hazırda Xəyyam Salmanzadənin həbs olunmağı reallaşa bilər. Qeyd edək ki, baş redaktor öz yazılarında rayon məmurlarını sərt tənqid edirdi.