YƏHUDİLƏR YENƏ DƏ HEYRƏTLƏNDİRİR
Tarix: 28-02-2012, 12:23 |
Çap et
QÜDSDƏ ÇOXMƏRTƏBƏLİ QƏBİRSTANLIQ SALINIR
Qüds şəhərində “Hevra Kadişa” adlı yerli dəfn bürosu sakinlərə “Çoxmərtəbəli qəbiristanlıq” adlı yeni layihəsini reallaşdırmağa hazırlaşır. Rusiya mətbuatının verdiyi məlumata görə, layihənin dəyəri İsrailin pul vahidi olan 25 milyon şekellə ölçülür. Təklif olunan layihə Qüdsün Ər-Menuhot dağında 35 min yeni qəbir salmağa kömək edəcək.
Meyitlər 6 qatdan ibarət olan qəbirlərdə dəfn ediləcəklər. Torpağın alt qatındakı qəbirlər ən baha qiymətə - 13,5 min şekelə satılacaq.