MUSAVAT MERİYAYA YENİDƏN MÜRACİƏT ETDİ
Tarix: 28-02-2012, 16:29 |
Çap et
PARTİYA QURULTAY ÜÇÜN YER TAPA BİLMİR
Müsavat Partiyası qurultay keçirmək üçün yer ayrılması ilə bağlı yenidən Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.
"Bu gün BŞİH-ə məktubla müraciət etmişik. Məktubda bir daha BŞİH-nin balansında olan Bakı Əl Oyunları İdman Sarayının ayrılması bir daha istənilib və oranın iş qrafikini istəmişik ki, bizə təqdim etsinlər və biz də müvafiq bir günü razılaşdıra bilərik. Məktubda həmçinin qeyd olunub ki, Bakı şəhərində olan münasib yerlərdən hansını bizə təklif etmək istəyirlərsə, onu da təklif etsinlər və müzakirə edək", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.
Aslanlının sözlərinə görə, bundan başqa yenə də yer ayrılması axtarışı davam edir və Müsavat Partiyasında qurultaya hazırlıq üzrə təşkilat komitəsi xüsusi işçi qrupu yaradıb.
"Həmin işçi qrupu da müxtəlif, təqribən oturacaq yerləri 800-dən yuxarı olan yer sahibləri ilə danışıqlar aparır və bu iş davam edir", - Aslanlı deyib.