ZİYA MƏMMƏDOV DA “İSTEFA VER” DEDİ
Tarix: 1-03-2012, 14:17 |
Çap et
NAZİR BAŞI CƏNCƏLDƏ OLAN QOHUMU RAUF HƏBİBOVA MƏSLƏHƏT GÖRÜB
DİA.AZ: - Məlum olduğu kimi, bu gün Qubada vəziyyət qarışıb və icra hakimiyyətinin qarşısına toplaşanlar “İstefa!”, “Nankor!” şüarlarını səsləndiriblər. Eyni zamanda toplaşanlar əllərində İlham Əliyevin portretlərini tutublar.
İştirakçılardan biri bildirib ki, icra başçısı qovulmayana kimi getməyəcəklər.
Qeyd edək ki, Qubaya nəqliyyat naziri Ziya Məmmədov kuratorluq edir, icra başçısı isə onun qohumudur.
Saat 13: 15-ə olan məlumata görə, mitinqçilər icra başçısının evini yandırıblar və yanğınsöndürən maşınları ora yaxın buraxmırlar.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, artıq başçının məsələsi həll olunub. Və hətta Ziya Məmmədov da Rauf Həbibova iztefa verməsini məsləhət görüb.