“Qazaxıstanın Rusiya və Belarusla vahid ittifaqa girməsi mümkün deyil” - GƏLİŞMƏ
Tarix: 10-01-2022, 10:25 | Çap et
Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi və üzv dövlətləri köməyə çağırması dünya gündəmini məşğul edən əsas mövzulardan biridir. Almatı və digər şəhərlərdə etirazçılara qarşı həyata keçirilən və qazax hökumətinin antiterror əməliyyatları adlandırdığı tədbirlər fonunda, ABŞ və Avropanın susqun mövqeyi, şərti bəyanatlarla kifayətlənməsi ciddi tənqid olunur. Bəziləri aksiyalar zamanı etirazçıların zorakılığa yol verməsini əsas gətirərək, bu səbəbdən Tokayevin atdığı addımları təqdir etsələr də, bunu demokratik dəyərlərin pozulması və zorla hakimiyyətdə qalmağa cəhd kimi qiymətləndirənlər də var. DİA.AZ xəbər verir ki, AYNA baş verənləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyevlə müzakirə edib.
- Qazaxıstanda bir neçə günün içərisində hadisələr episentrindən çıxdı və qanlı toqquşmalara gətirib çıxardı. İkrinizcə, baş verənlər əvvəlcədən planlaşdırılmış ssenari, yoxsa qazax xalqının hakimiyyətə qarşı qiyamı idi?
- Qazaxıstanda baş verən hadisələr sosial-iqtisadi problemlərdən qaynaqlanırdı. Eyni zamanda korrupsiya ilə bağlı problemlər də bu etirazları alovlandırırdı. Nəticədə etirazlar artıq geniş xarakter almağa başladı və bütün ölkəboyu yayıldı. Təbii ki, baş verənlərdən sonra beynəlxalq güclər hadisələrə müdaxilə etməyə cəhd etdi. Daha doğrusu, vəziyyətdən istifadə etməyə çalışdılar. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda yerləşdirilməsi hadisələrin gedişatını fərqli istiqamətlərə aparır. Hesab edirəm ki, KTMT qüvvələri bəlli və qısa bir müddət ərzində, misal üçün, bir neçə ay ərzində orada qalacaqlar. Vəziyyət sabitləşəndən sonra onların geri qayıdacağı gözlənilir. Bundan sonra vəziyyətin ölkənin daxilində həll olunacağı ehtimalı var. Yox əgər bunun əksi baş versə, yəni KTMT qoşunları uzun müddət qalarsa, bu, Qazaxıstanın milli dövlətçiliyi və müstəqilliyi üçün ciddi fəsadlar yaradacaq.
- Tokayevin iğtişaşçılara qarşı xəbərdarlıq edilmədən atəş açılması barədə qərarı ciddi müzakirə mövzusudur. ABŞ və Qərb isə baş verənlərə susur, yalnız bir neçə cümləlik bəyanatlar verməklə kifayətlənirlər...
- Son illər Qərb, o cümlədən ABŞ Orta Asiyada fəal siyasət aparmır və ola bilsin ki, məhz elə bu səbəbdən onların tam formalaşmış mövqeyi yoxdur. Eyni zamanda son hadisələrin xronologiyasına baxsaq, görərik ki, ortada təxribatçı addımlar da atılıb. Düzdür, Qərb təsisatları insanların etiraz haqlarını həmişə dəstəkləyir, lakin burada artıq söhbət zorakılıqdan gedir. Ortada talançılıq, vətəndaşların mülkiyyət hüquqlarına qarşı zorakılıq və digər təxribatlar baş verib. Belə olduqda Qərbin bu mövqeyi anlaşılan və təbiidir. Hesab edirəm ki, Qərbin baş verənlərə reaksiyası müvafiqdir.
- “Demokratiya sammiti”ndə Bayden bildirdi ki, 2022-ci il dünyada “demokratiya ili” olacaq. Supergüc real təsir imkanlarını itirib, yoxsa Qazaxıstanda maraqları yoxdur deyə seyrçi mövqe tutur?
- Qazaxıstan hadisələri kontekstində Baydenin bəyanatına nəzər yetirsək, görərik ki, insanlar etiraz edib və müəyyən məqsədlərinə nail olublar. Onların israrlı tələbindən sonra yanacağın qiyməti endirilib, Təhlküəsizlik Şurasının sədri və hökumət istefaya göndərilib. Bu xüsusda Baydenin söylədiklərində məntiq tapmaq mümkündür. Lakin bir daha söyləmək istəyirəm ki, bu hadisələri meydana gətirən əsas hadisələr daxili problemlərdən qaynaqlanır. Sonradan müxtəlif geosiyasi qüvvələr bundan istifadə edərək, öz xeyrinə yararlanmaq istəyirlər.
- Tokayevin müraciəti əsasında KTMT-yə üzv dövlətlərin, o cümlədən Rusiyanın hərbçiləri Qazaxıstandadır. Belarusun ardınca Qazaxıstanın da Rusiya ilə birgə ittifaqa daxil olacağı gözlənilirmi?
- Əgər dorğudan da, qeyd etdiyim kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri orada uzun müddət qalsalar, o zaman Qazaxıstanın həm milli kimliyi, həm də müstəqilliyi üçün fəsadlar yaranacaq. Qısa müddətlik dövrü əhatə edəcəksə, yenidən daxili sabitliyi bərpa etmək mümkün olacaq. Rusiyanın Belarusdan sonra Qazaxıstanla ittifaq yaratması çox çətin olacaq. Etiraf etmək lazımdır ki, bu ölkə son 30 il ərzində ciddi inkişaf yolu keçib. Burada Nazarbayevin də rolu az deyil. 1986-cı ildə də Qazaxıstanda oxşar hadisələr baş vermişdi. Sovet dövründə Qazaxıstana Kubin soyadlı rus baş katib təyin etmişdilər. Bundan sonra etirazlar başladı və Nazarbayev hakimiyyətə gəldi. Bu 30 il ərzində əhalinin sayı artıb, habelə ölkə ciddi inkişaf yolu keçib.
Belarusla müqayisədə bu dövlətin fərqli cəhətləri çoxdur. Belarus ruslara daha yaxın ölkədir. Qazaxıstanda isə milli kimlik güclüdür. Bu baxımdan Rusiyanın onları ittifaqa cəlb edə biləcəyi inandırıcı görünmür. Təbii ki, bu istiqamətdə müəyyən ssenarilər ola bilər, lakin reallıqda mümkün deyil. Bəzi rus siyasətçiləri digər formada yenidən Sovet İttifaqını bərpa etmək istəsələr də, buna nail olacaqları qətiyyən inandırıcı deyil. Hətta bu məqsədlə bəzi dövlətlərin, misal üçün, Ukraynanın, Qazaxıstanın milli kimliyini inkar etməyə çalışırlar. Mən bir az optimist olmaq istəyirəm və inanmıram ki, Qazaxıstanda bunu həyata keçirmək mümkün olsun. Bu ölkədə yetərli qədər saf millətçi qüvvələr yetişib və bunu da nəzərdən qaçırmaq lazım deyil.
- Qazaxıstan qarışdı və ölkə yeni dönəmə qədəm qoydu. Bundan sonra bu ölkənin taleyi necə olacaq?
- Təbii ki, bir diplomat və azərbaycanlı olaraq çox istəyirəm ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun. Azərbaycan xalqının və bütün türk dünyasının istəyi budur. Çünki qazax xalqı bizimlə dost və qardaş xalqdır. O ki qaldı proqnozlara, hadisələr göstərir ki, daxildə köklü islahatlar aparılmalıdır. Bunlar baş tutsa, təbii ki, Qazaxıstanın gələcəyi barədə nikbin fikirlər söyləmək mümkündür. Qazaxıstan iqtisadi cəhətdən güclü bir dövlətdir. Onun güclü sənayesi var. Bu ölkə təkcə neftdən asılı deyil, digər sahələrdə də inkişaf mövcuddur. Pandemiya ilə bağlı müəyyən problemlər meydana gəlsə də, kosmetik deyil, dərin və tutarlı islahatlar baş tutarsa, dost ölkə bu çətinlikdən xilas ola biləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|