Qazaxıstanda hakimiyyət savaşı gedirmi - AKTUAL
Tarix: 10-01-2022, 16:25 | Çap et
DİA.AZ: - Qazaxıstanda etirazların amansızlıqla yatırıldığı bir vaxtda Prezident Kasım Jomart Tokayevlə sələfi, “elbaşı” titulu daşıyan Nursultan Nazarbayev arasında hakimiyyət savaşının da əlamətləri görünür. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır.
DİA.AZ xəbər verir ki, yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş başçısı Kərim Məsimov vətənə xəyanətdə şübhəli bilinərək saxlanıb. Yanvarın 5-də vəzifəsindən azad edilən Məsimov Qazaxıstanın siyasət dənizində böyük balıq sayılır, baxmayaraq ki, son aylar mediada onun adı çox hallanmırdı.
Müəllif yazır ki, Nazarbayevə sadiq birinin həbsi Tokayevin hökuməti sələfinin adamlarından təmizləmək niyyətindən xəbər verir. Prezident bu məqsədlə yerli kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “xaricdə təlim görmüş terrorçuları” aşkarlamadığını bəhanə edir.
Qazaxıstanı 2019-cu ilədək, 30 ilə yaxın idarə edən 81 yaşlı Nazarbayev özü və bəzi ailə üzvləri ölkədə mühüm vəzifələr tuturdular. Hətta o dərəcədə ki, təhlilçilər Tokayevin ona hesabat verdiyini iddia edirdilər.
Məsimov 20 ildi hökumətdə nüfuzlu biriydi, avtoritar Nazarbayevin hakimiyyəti dövründə iki dönəm baş nazir, ondan öncə isə müxtəlif nazir postlarını tutmuşdu. 1990-cı illərin əvvəllərində isə ölkənin Pekində və Honq Konqda kommersiya maraqlarını təmsil edirdi. Onun Nazarbayev üçün Honq Konqa pul transferində vacib rol oynadığı deyilir.
İndi Məsimovun həbsi isə Nazarbayev, onun zəngin və güclü ailə üzvləri üçün yaxşı bir şey vəd eləmir.
Nazarbayevin sözçüsü Aidos Ukibay onun paytaxt Nur-Sultanda olduğunu, Tokayevlə birbaşa əlaqə saxladığını açıqlayıb.
Onlarla etirazçının öldürüldüyü, 6 minə yaxın saxlananın olduğu, əmlaka yüzmilyonlarla dollarlıq ziyan dəydiyi böhran vaxtı Nazarbayev gözə dəyməyib.
Əvvəl görünmürdü, bəs indi?
Paniyer son illər Qazaxıstanda itaətsizlik dönəmlərində Nazarbayevin ictimaiyyətin gözünə görünmədiyini yazır.
Amma indi Məsimov kimi sadiq məmurun həbsi Nazarbayev üçün yaxşı əlamət sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, Məsimovun Qazaxıstanda güclü klanlarla əlaqəsi yoxdur, ona görə də Tokayev üçün asan hədəf sayılırdı. Janaozendə yanacağın bahalanmasına dinc etirazlar böyüyəndən sonra Tokayev hökumətin istefasını qəbul etdi. O, yanvarın 5-də ölkəyə KTMT qüvvələrini dəvət etdi. O vaxtadək Məsimov KNB başçısı idi, polis və təhlükəsizlik qüvvələri etirazları o qədər də fəal şəkildə yatırmırdı.
Müəllif Tokayev 2019-cu ildə vəzifəyə keçəndən etirazların sürətlə yatırdıldığını, fəalların, təşkilatçıların nümayişlər öncəsi saxlandığını yada salır.
5 yanvar gecəsi Almatıda minlərlə nümayişçi arasında silahlılar da vardı, onlar hökumət qüvvələri ilə atışırdılar. Tokayev isə təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edib.
Bir versiya odur ki, silahlılar, talançılıqla məşğul olanlar Nazarbayev hökuməti altında çiçəklənmiş kriminal qrupların üzvləri olub, keçmiş prezident və yaxın ətrafının hakimiyyətdən uzaqlaşdırılmasını önləmək üçün qabağa veriliblər.
KNB başçısının müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin adı silahlı qrupların təşkili ilə əlaqələndirilir. Abişin yanvarın 5-də vəzifədən çıxarılması xəbəri yayılsa da, qurumun yanvarın 8-də yaydığı xəbərə görə, o hələ də vəzifədədir. Onun vəzifəyə qaytarılması da Nazarbayevin hakimiyyətini saxlamasıyla bağlı spekulyasiya yaradıb.
Bəs görəsən, hakimiyyətdaxili mübarizənin tətiyinin çəkilməsinə nə səbəb oldu? Çoxları etirazlardan məhz bu məqsədlə istifadə olunduğunu düşünür.
1990-cı illərdə baş nazir olmuş, hazırda mühacirətdə yaşayan Akejan Kajegeldin deyir ki, təhlükəsizlik qüvvələri içində Tokayevə qarşı “planın” mövcudluğuna inanır. Tokayev bu səbəbdən KTMT-yə müraciət edə bilərdi.
Yerli hüquq-mühafizə əməkdaşlarının komendant saatını təmin etməməsi, Almatıda KNB binasının qarət olunması və silahların naməlum şəxslərin əlinə düşməsi Kajegeldində suallar yaradıb.
Daha bir versiya isə dekabrın 27-də Tokayev və Nazarbayevin Moskva səfərini göstərən videodan qaynaqlanır. Videoda Nazarbayev çox zəif görünür. Keçmiş prezidentin tərəfdarları onun ölümünün yaxınlaşdığını güman edərək etirazlardan istifadə edərək Tokayevi devirməyə çalışa bilərdilər.
Bəzilərinin fikrincə isə, Tokayevin adamları eyni səbəbdən Nazarbayev ölməmişdən hakimiyyətlərinə gücləndurməyə cəhd ediblər.
Bəziləri Rusiyanın Qazaxıstana çevikliklə qüvvə göndərməsini Kremlin Tokayevə dəstəyinin əlaməti kimi görürlər.
Hətta belə ehtimallar da var ki, Nazarnayevlə Tokayevlə birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar.
Qazaxıstanlı təhlilçi Dimaş Aljanovun fikrincə, Nazarbayev və ailəsi Qazaxıstandan çıxsa, yaxud artıq çıxıbsa, bunu yalnız Tokayevin razılığı ilə edə bilərdilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|