“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                 

Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır - GƏLİŞMƏ
Tarix: 18-01-2022, 13:15 | Çap et
Qazaxıstan böhranı Çinlə Rusiyanı yaxınlaşdırır
DİA.AZ: - Orta Asiyanı adətən Pekinlə Moskva arasında rəqabət regionu hesab edirlər. Amma onların Qazaxıstan hadisələrinə reaksiyası birgə işləməyi öyrəndiklərini göstərir. DİA.AZ xəbər verir ki, bu haqda AzadAvropa/AzadlıqRadio-sunun müxbiri Reyd Stendiş yazır.

Son illər Moskva regionun əsas hərbi təminatçısı kimi çıxış edib, Pekin isə Orta Asiyada təhlükəsizlik məsələlərinə tədricən girişib, qeyri-rəsmi forpostlar yaradıb, təlimi gücləndirib. Eyni zamanda çoxmilyardlıq Kəmər və Yol Təşəbbüsü (KYT) infrastruktur layihəsi ilə nüfuzunu artırıb.

Amma təhlilçilərin fikrincə, Çinlə Rusiyanın ümumi qonşuları Qazaxıstanın ərazisində zorakı etirazlara münasibəti iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb.

Sabit, davamlı əlaqələr

“Qazaxıstanda böhran Çin və Rusiyanın Orta Asiyada münasibətinin sabit olduğunu göstərdi. Onların idarə ediləsi xeyli çətin məsələləri və potensial problemləri var. Bu böhranın öhdəsindən gəlmələri isə Pekinlə Moskvanın əlaqələrinin necə davamlı olduğunu göstərir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin aparıcı əməkdaşı Yakub Yakobovski AzadlıqRadiosu-na deyib.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalanmasına etirazlar başlanıb, bir sıra şəhərlərə yayılıb, zorakılıqla müşahidə olunub. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar, talanlar Prezident Kasım Jomart Tokayevi Moskvanın başçılıq etdiyi KTMT-dən kömək istəməyə sövq edib.

Ölkədə hakimiyyət savaşının işartıları görünüb, keçmiş prezident Nursultan Nazarbayev, ona sadiq bir sıra şəxslər aparıcı vəzifələrdən kənarlaşdırılıb.

Təhlilçilərin fikrincə, görünməmiş böhranının Qazaxıstan üçün bir sıra nəticələri olacaq, həmçinin Pekinlə Moskvanın münasibətlərini daha da çalxalayacaq.

Kremlin mesajı

Kreml Qazaxıstana hərbi müdaxilə və Tokayevə dəstək verməklə regionda hələ də əsas təhlükəsizlik qarantı olması və buraya strateji sahəsi kimi baxması mesajını verdi. Eyni zamanda onsuz da böyük siyasi nüfuzunu daha da gücləndirdi.

Digər tərəfdən, Qazaxıstanda kadr yerdəyişmələri Çinin mövqeyinə müəyyən təsir göstərə bilər. Çünki Nazarbayev və Milli Təhlükəsizlik Komitəsinin vəzifədən çıxarılaraq həbs olunmuş sədri Kərim Məsimovun Pekinlə münasibətləri yaxşı idi.

Amma bu dəyişikliyə və potensial gərginlik nöqtələrinə baxmayaraq, Pekinlə Moskva böhrandan bir-birlərinə dəstəyi artırmaq üçün yararlanıblar.

“Hər ikisi Orta Asiyada sabitlikdə maraqlıdır. Çin Rusiyanı regiondan sıxışdırmağa çalışmır. Pekin düşünür ki, Orta Asiyada eksklüziv oyunçu olmaqdansa, qlobal səhnədə daha vacib məsələlər var və Moskvanın ambisiyalarına hörmət göstərir”, – Yakobovski deyib.

Çin Qazaxıstana onmilyardlarla dollar yatırmasına baxmayaraq, son etirazları sükutla qarşılayıb.

“Rəngli inqilab” ritorikası

Ölkəyə KTMT qüvvələrini yerləşdiriləcəyi rəsmi elan olunandan sonra Pekin Tokayevə tam dəstəyini bildirdi. Prezident Si Tsinpinq Qazaxıstanda “rəngli inqilab”ı yatırmaq üçün köməyini də təklif etdi.

Daha sonra Çin hökuməti və getdikcə millətçi mövqe tutan dövlət mediası Rusiyanın başçılıq etdiyi missiyanı dəstəklədi, Orta Asiyada Moskva ilə daha dərin koordinasiyaya çağırdı.

“KTMT missiyasını Qazaxıstan hökumətinin istəməsi və bunun sülhməramlı missiya adlandırılması Pekin üçün daha az problem yaradan məsələdir. Sülhməramlılıq Çinin rəsmi ritorikasının dəstəklədiyi xarici müdaxilə növüdür”, – İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutundan Culia Skiorati deyib.

Çinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bildirib ki, Qazaxıstandakı olaylar terrorçuluq, separatçılıq və dini ekstremizmdən ibarət “üç şər”ə qarşı mübarizənin vacibliyini göstərir. Qazaxıstan və Rusiyanın da üzv olduğu ŞƏT regionda iştirakını gücləndirməyi təklif edib.

Sonradan Çinin Qazaxıstandakı səfiri Janq Siao deyib ki, ölkəsi “xarici müdaxilə”yə qarşı qonşuları ilə təhlükəsizlik əməkdaşlığını gücləndirəcək.

Çinin əndişəsi

“Çin bu cür davamlı ritorikanı sevir. Xarici təhdidlərlə bağlı xəbərdarlıq həm Çinin, həm də Rusiyanın ehtiyaclarına uğundur, əməkdaşlığı gücləndirmək, Qərbi çıxdaş etmək üçün böyük fürsətdir”, – Frostburq Dövlət Universitetinin professoru Haiyun Ma deyib.

Ma həm də düşünür ki, Orta Asiyada iğtişaşlar Pekini “çox əsəbləşdirib” və Qazaxıstandakı yeni durum “Çin üçün qarmaqarışıqdır”.

KTMT missiyası ilk dəfəydi üzv ölkənin ərazisinə girirdi və bu alyansın çəkisinin artması ŞƏT-in hesabına başa gələ bilər.

Digər tərəfdən, Kremlin Tokayevi dəstəkləməsi Kremlin Nur-Sultandan daha çox güzəşt qoparmasına səbəb olar. Məsimovun həbsi isə Çinin bu ölkədə nüfuz şəbəkəsinin müəyyən qədər sarsılması deməkdir. Məsimov Çinin Qazaxıstan elitası içində sağ əli idi, KYT planının gerçəkləməsinə kömək edirdi.

Ma istənilən halda Rusiya-Çin münasibətlərinə daha geniş mənada ziyan dəyməyəcəyini düşünür. Çünki Pekinlə Moskva Qazaxıstanda “tam əməkdaşlıq etməsələr də, rəqabət halında da deyillər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru