Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                 

Gərginlik pik həddə: Üçüncü Dünya müharibəsi qaçılmaz görünür - NƏ BAŞ VERİR?
Tarix: 21-01-2022, 08:29 | Çap et
Gərginlik pik həddə: Üçüncü Dünya müharibəsi qaçılmaz görünür
Ukrayna ətrafında yaranan gərginlik bu günlərdə pik həddə çatıb. Vəziyyətin müharibə həddinə yaxınlaşmasında Rusiya və Qərb-NATO bir-birilərini ittiham edir. Rusiya ilə Qərb arasında aparılan diplomatik danışıqlar müsbət nəticə vermədikcə gərginlik daha da şiddətlənir ki, bu, tərəflərin verdiyi rəsmi bəyanatlarda öz əksini tapır.

Bu günlərdə Rusiyanın Ukrayna ilə sərhədlərə yerləşdirdiyi qoşunların və hərbi texnikanın say tərkibini artırması ilə bağlı "Telegram" kanallarında görüntülər yayılıb. Eyni zamanda, Qərb ölkələrindən Ukraynaya hərbi silah-sursat yardımı göndərildiyi barədə məlumatlar var.

Kreml Ukrayna ətrafında vəziyyətin çox gərgin olduğunu açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya silah tədarükü, NATO-nun hərbi manevrləri bu ölkə ətrafında gərginliyə gətirib çıxarır.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə “Valday” beynəlxalq müzakirə klubunda çıxışında deyib ki, Vaşinqton, Brüssel və NATO-nun digər paytaxtları ilk növbədə Ukraynada və onun ətrafında baş verənlərlə bağlı əsassız iddialar irəli sürməkdə davam edir: "Rusiya ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri barədə razılığa gəlməyə üstünlük verir. Bu prosesə daha çox ölkələrin cəlb edilməsi qeyri-məhsuldar olacaq. Mən gizlətməyəcəyəm ki, biz qarşılıqlı anlaşma tapmağa və ilk növbədə amerikalılarla razılığa gəlməyə üstünlük verərdik. Bu prosesə daha çox ölkə cəlb etmək bizim üçün əks effektli görünür".

Rusiyalı diplomat ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-nun cavabını sonsuza qədər gözləməyə hazır olmadığını da qeyd edib: “Top ABŞ tərəfindədir. Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la dialoqun davam edəcəyinə ümid edir”.

Beynəlxalq və yerli ekspertlər isə hesab edirlər ki, diplomatik danışıqlar nəticə verməsə, o zaman hərbi güc işə düşəcək ki, bu, hətta Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər.

DİA.AZ xəbər verir ki, Ukrayna ətrafındakı gərginlik, proseslərin bundan sonrakı inkişaf mərhələləri ilə bağlı AYNA-nın suallarını Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı cavablandırıb. Analitik qeyd edib ki, proseslə bağlı dəqiq proqnoz vermək çətindir:

- Amma böyük risklər mövcuddur və bir çox ssenari prosesləri dünya müharibəsinə apara bilər. Yaxud da Üçüncü Dünya müharibəsi baş verməsə, baş verənlər böyük regional konfliktin yaranmasına gətirib çıxara bilər. Məsələ ondadır ki, Rusiya artıq sıxılmış vəziyyətdədir. Bu ölkənin bütün sərhədləri boyunca NATO öz hərbi qüvvəsini, hərbi bazalarını yerləşdirib. O cümlədən, NATO üzvləri artıq Rusiya sərhədlərindədir və Rusiyanın bufer zonası qalmayıb. Əgər Ukrayna və Gürcüstan da NATO-ya üzv edilsə, deməli, həm Cənubi Qafqazda, həm də digər postsovet məkanında NATO yerləşmiş olacaq. Bu, Rusiya üçün böyük təhdiddir. Ən azı, Rusiya bunu özü üçün təhdid, təhlükəsizliyinin tamamilə sıradan çıxması kimi qiymətləndirir. Bu baxımdan, Rusiyanın itirəcəkləri böyükdür.

- Yəni Qərb qazanclı görünür...

- Qərb məsələyə Rusiya kimi taktiki yox, strateji yanaşır. Məsələn, Qərb bir çox hallarda tənqid edilir ki, "niyə Gürcüstana yardım etmədi", "niyə Ukraynaya zamanında yardım etmədi". Amma vəziyyəti bir qədər soyuqqanlı şəkildə, Qərbin strateji maraqları baxımından dəyərləndirmək lazımdır. Bəli, Gürcüstan 2008-ci ildə ərazisinin bir hissəsini itirdi - söhbət Abxaziya və Cənubi Osetiyadan gedir - amma ümumilikdə götürsək, Gürcüstan Qərbə doğru inteqrasiyaya başladı. Və bu gün Rusiya Gürcüstanı itirib. Rusiya kiçik bir ərazini götürməklə, Gürcüstanı itirmiş oldu, yaxud da əksinə, Qərb Gürcüstanı öz müttəfiqinə çevirdi. O cümlədən də Ukrayna. Məsələn, Donbass bölgəsi Qərb üçün strateji olaraq o qədər də önməmli deyil. Çünki həmin bölgə Ukraynanın cəmi üç faizi deməkdir. Amma kobud desək, Ukraynanın 97 faizi artıq Qərblə inteqrasiyadadır, Qərbin müttəfiqidir. Yəni ki, Qərb yavaş-yavaş Rusiyanı zəiflətmək, Rusiyanı çökdürmək və Rusiyanın sərhədlərinə doğru yaxınlaşmaqdadır. Bu, Qərbin strategiyasıdır.

- Qərbin yardım etməməkdə günahlandırılması doğru deyilmi?

- Təbii ki, tənqid etmək olar. Daha çox o yöndə ki, Qərbin Rusiyaya təzyiq imkanı və potensialı daha çoxdur. 10 il əvvəl Qərb Ukraynaya lazım olan dəstəyi versəydi, hazırda belə acınacaqlı vəziyyət olmazdı. Acınacaqlı olan odur ki, Ukrayna ilə Rusiyanın hərbi potensialını müqayisə edəndə görünür ki, Rusiyanın potensialı Ukraynadan 10 dəfələrlə çoxdur. Aydın məsələdir ki, müharibə başlasa Ukrayna uduzacaq, işğal olunacaq. Müharibə başlayarsa, Ukraynanın işi ondan ibarət olmalıdır ki, Rusiyaya maksimum dərəcədə ziyan vursun və bacardığı qədər müharibəni uzatsın. Hesab edirəm ki, Əfqanıstan ssenarisi burada da ola bilər. O vaxt Rusiya Əfqanıstanı işğal etdi, amma sonradan biabırçı şəkildə oradan çıxmalı oldu. Əgər belə bir ssenari baş versə, bununla Rusiya dünyadan təcrid olunacaq. Bir çox ölkələr, müasir dünya Moskva ilə bütün əlaqələri kəsəcək. İkincisi, Qərb kənarda qalmayacaq. Aydın məsələdir ki, Rusiya bir-iki günə Ukraynanı işğal edə bilməz. Böyük ehtimal ki, müharibə uzananda, Ukraynaya hərbi yardımlar ediləcək. Əsas məqamlardan biri də odur ki, həmin ərəfədə Rusiya daxilində ciddi proseslər başlaya bilər.

- Putin hakimiyyətinə qarşı inqilab, Rusiyanın parçalanmasını nəzərdə tutursunuz...

- Təbii, bu ehtimallar var. Putinin hakimiyyətinə qarşı daxildə etiraz dalğası başlaya bilər. Ola bilsin ki, böyük güclər bu ssenarinin də üzərində düşünürlər. Sözümü ona gətirirəm ki, istər müharibə olsun, istərsə də olmasın, mən bu prosesdən Rusiyanın uduşlu çıxmasını görmürəm. Bütün hallarda Rusiya Ukraynanı tamamilə itirəcək. Tutaq ki, Moskva Abxaziya və Cənubi Osetiyanı tanıdığı kimi, Ukraynadakı separatçıları da tanısın. Amma bununla da bölgədə heç nə dəyişməyəcək. Xəritədə dünyanın tanımadığı, sadəcə Rusiyanın tanıdığı iki "ölkə" yaranacaq ki, bu, Rusiyaya nə verəcək? Əlbəttə, heç nə! Amma böyük bir Ukrayna gələcəkdə NATO üzvü olacaq, NATO-nun bazaları orada yerləşəcək. Bu da o deməkdir ki, NATO Rusiyanın girişindədir. Bu baxımdan, Rusiyanın uduşlu çıxacağı mümkünsüzdür. Digər tərəfdən, Qərb bu prosesdə geri çəkilə bilməz. Geri çəkilsə, postsovet məkanını itirəcək. Eyni zamanda, dünyanın başqa-başqa yerlərində - Venesuelada, Suriyada və digər münaqişəli bölgələrdə Rusiya özünü aqressiv aparmağa başlayacaq. Bu, Qərbin dünyadakı gücünə, legitimliyinə böyük zərbədir.

- Rusiya sıxılmış vəziyyətdə olsa da, danışıqlarda razılaşmır, geri çəkilmək niyyətində görünmür...

- Rusiyanın NATO qarşısında qoyduğu şərtlərdən biri Alyansın 1997-ci il sərhədlərinə qayıtmasıdır. Amma bu, maksimal şərtdir, təbii ki, baş verməyəcək. Bunu NATO edəsi deyil. Rusiya maksimum şərtlər qoyub ki, heç olmasa, minumumu əldə edə bilsin. Minumum da odur ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü baş tutmasın. Moskva Qərbin postsovet məkanını Rusiyanın təsir dairəsi kimi qəbul etməsini istəyir. Rusiya özü üçün bufer zona yaratmaq niyyəti güdür. Amma mən inanmıram ki, Qərb buna da razı olsun.

Rusiyanın güvəndiyi yeganə amil odur ki, hərbi potensialı Ukraynanın hərbi gücündən on dəfələrlə çoxdur. Moskvanın başqa güvənəcəyi məqam mövcud deyil. Çox yaxın zamanda Ukraynaya hərbi dəstək verilərsə, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr tədarük olunsa, hesab edirəm ki, müharibə Rusiya üçün asan olmayacaq. Təbii ki, yardım məsələsində ABŞ və Qərbin tutacağı mövqe, operativlik önəmli rol oynayır.

- Ukrayna ətrafında baş verən proseslərin, gözlənilən müharibənin Cənubi Qafqaz regionuna mümkün təsirləri nə dərəcədədir?

- Əlbəttə, bunun hamımıza təsiri var - Gürcüstana da, Ermənistana da, Azərbaycana da. Hətta proseslərin Orta Asiya regionuna da təsirləri mövcuddur. Ümumilikdə götürsək, baş verənlərin postsovet məkanına təsirləri çoxdur. Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın gələcək perspektivi - regional, geopolitik və daxili siyasi-iqtisadi model olaraq perspektivi Ukrayna ətrafında gedən proseslərdən asılıdır. Əgər bu qarşıdurmada Rusiya məğlub olsa, Ukrayna və Gürcüstan NATO üzvünə çevrilsə, demək ki, Qərb postsovet məkanında - ilk növbədə də Cənubi Qafqazda aktiv siyasət aparmağa başlayacaq. Bu zaman isə Rusiya elitası ilə bağlantısı olan hakimiyyətlərin balanslı siyasət həyata keçirməsi olduqca çətin olacaq. Və hakimiyyətlər ölkə daxilində siyasi və iqtisadi açılımlara getməli olacaq. Çünki beynəlxalq və regional konyuktura bunu tələb edəcək. Yəni ki, Cənubi Qafqazın müqəddəratı Ukrayna ətrafındakı proseslərdən xeyli dərəcədə asılıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru