Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                 

Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər
Tarix: 5-02-2022, 08:10 | Çap et
Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər
Ukraynaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Zelenski arasında təkbətək görüş təxminən 3 saat 10 dəqiqə davam edib. Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib və rəsmi sənədlərin imzalanma mərasimi baş tutub. Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib. Ərdoğan ölkələr arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılmasını hədəflədiklərini və məqsədə çatmaq üçün bu gün imzalanan Azad Ticarət Zonası haqqında sazişin mühüm əhəmiyyət daşıdığını bildirib.

Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasındakı gərginliyə də toxunub. Ərdoğan Türkiyənin Qara dənizdə qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib. Ukrayna Prezidenti Zelenski isə müharibənin sona çatması yolunda Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təşəbbüsünə görə Prezident Ərdoğana təşəkkür edib. Zelenski imzalanan müqavilə ilə Ukraynada PUA-ların istehsalının genişləndiriləcəyini diqqətə çatdırıb. Ukrayna prezidenti dialoqla bağlı Ankaranın bütün təşəbbüslərinə müsbət cavab veriləcəyini bəyan edib. Türkiyə lideri Ukraynada Krım tatarları və milli lider Mustafa Əbdülcəmil Kırımoğlu ilə də bir araya gəlib. DİA.AZ-ın məlumatına görə, Türkiyə rəhbərinin Ukrayna səfərini və verilən açıqlamaları “Şərq”ə təhlil edən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyənin yerləşdiyi coğrafiya ayıq və aktiv siyasət yürütməyə vadar edir. Analitikin fikrincə, NATO üzvü olması da Türkiyənin məsuliyyətini artırır:

“Son illər Rusiya-Ukrayna münasibətlərində yaranan gərginlik rəsmi Ankaranın məsələyə diqqətini artırıb. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları almağı və onu birgə istehsal etməyi planlaşdırır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rolu olmuş “Bayrakdar”ı Ukrayna da əldə etmək istəyir. Bu baxımdan, Türkiyə silah satan ölkələrdən biri kimi Ukrayna bazarını qaçırmaq istəmir. Bunun Rusiya ilə münasibətlərə elə də ciddi təsiri yoxdur. Müqayisə üçün qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiya, Fransa və başqaları Ermənistana hərbi texnika, silah-sursat və raketlərlə yardım etmişdi. Hətta Rusiya istehsalı olan raketlər müharibə bölgəsindən çox uzaqlara düşmüşdü. Bu baxımdan istənilən dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək kimi suveren hüququ var. Ukrayna da bu hüququndan istifadə edir. Ukrayna NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. Türkiyə isə Alyansın nüfuzlu və güclü dövlətlərindəndir. Bu baxımdan Ankara və Kiyevin bu istiqamətdə ortaq maraqları var. Ukrayna ərazisində, hazırda Rusiya tərəfindən ilhaq edilən Krımda türklər var. Onlar yarımadanın yerli sakinləridir. Ukrayna-Rusiya münasibətləri səbəbindən çoxlu sayda Krım tatarı, türkü yarımadanı tərk edib. Bölgədəki ictimai fəal tatarlar isə təqib və təzyiqə məruz qalır. İnsan haqlarının bir dövlətin daxili işi olmadığını əsas götürsək, onda Türkiyənin soydaşlarının hüquqlarını müdafiə etməsi təbii qarşılanmalıdır. Ona görə də Ərdoğanın səfərinin gündəliyində duran məsələlərdən biri Krım türklərinin vəziyyəti ilə tanış olmaq idi. Türkiyə və Ukrayna Qara dəniz vasitəsilə həmsərhəddir. Başqa sözlə, bu su hövzəsinin təhlükəsizliyinə onlar da cavabdehlik daşıyırlar. Bu baxımdan Qara dənizin və sahillərinin təhlükəsizliyinin təmin edilməsində hər iki dövlət maraqlıdır. Ukrayna ilə Türkiyə arasında turizm sahəsində çox geniş əməkdaşlıq mövcuddur və tərəflər bunu inkişaf etdirməyi planlaşdırırlar. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu, qonşu dövlətin pozulan hüquqlarının bərpasını dəstəkləyir. Bu da iki ölkəni bir-birinə yaxınlaşdıran amillərdəndir. Ukrayna ilə Türkiyənin ortaq mənafelərindən bəzilərini sadalamaqla rəsmi Ankaranın bu istiqamətdə fəallığının səbəblərini göstərməyə çalışdıq”.

S.Soltan vurğulayıb ki, son 10 ildə Rusiya-Türkiyə əlaqələri də inkişaf edib. Türkiyənin iş adamları Rusiyada tikinti, yüngül sənaye sahələrinə sərmayə qoyurlar. Bu ölkənin vətəndaşları Türkiyədə dincəlməyə üstünlük verirlər. İki ölkə arasında hərbi texnika və atom-nüvə texnologiyası sahələrində əməkdaşlıqlar da əlaqələrin genişliyindən xəbər verir: “Rəsmi Ankara Moskvaya etibarlı tərəfkeş olduğunu bu addımı ilə sübut edib. Türkiyə və Rusiyanın Suriya məsələsində bir sıra ortaq mövqeləri var. Xüsusilə İdlibdə tərəflər addımlarını uzlaşdırmağa çalışırlar. Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərindən göründüyü kimi, hər iki ölkə Türkiyəyə yaxın məsafədədir. Burada əsas məsələ Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəsmi Ankaranın yanaşmasıdır. Elə bu problem münaqişənin əsas nəticəsidir. Türkiyə bunu aradan qaldırmaq üçün tərəflərlə ayrı-ayrılıqda görüşməyə və sonra onların görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirir. Düzdür, ABŞ və müttəfiqləri ilə müqayisədə Türkiyənin Rusiyaya təsir etmək imkanı elə də böyük deyil. Ancaq Ankara ilə Moskvanın bir-birinə etimadı o birilərindən daha fərqlidir. Bu baxımdan, Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər. Moskva bu addımı ilə həm də regional münaqişələrin bölgə dövlətlərinin əməkdaşlığı ilə həllinin daha faydalı olduğunu göstərər. Ancaq hələ ki Rusiyanın Ukraynanın ərazi bütövlüyünə münasibəti beynəlxalq normalara uyğun görünmür. Moskvanın tutduğu mövqedən geri çəkilməməsi isə Qara dəniz hövzəsinə daxil başqa ölkələrin də təhlükəsizliklərinin qayğısına qalmasını zəruri edir”.

Ekspertin sözlərinə görə, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik cəhdi bölgədə müharibə təhlükəsini azaltmağa xidmət edər:

“NATO-da, nə də Avropa İttifaqında Rusiya və Ukraynaya bu qədər yaxın, obyektiv başqa dövlət çətin tapılar. Rusiyanın yaranmış bu şansı daha real qiymətləndirməsi bütün tərəflərin xeyrinə olar. Ərdoğanın səfəri regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət baxımından əhəmiyyətli idi. NATO ölkəsi olan Türkiyə barışdırıcı mövqeyi ilə Rusiya və Ukraynanın, habelə Qərblə Şərqin maraqlarını qoruyur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru