Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                 

Ukraynadakı separatçılar müharibəyə �?yenidən başlaya bilərlər’ - GƏLİŞMƏ
Tarix: 23-02-2022, 10:59 | Çap et
Ukraynadakı separatçılar müharibəyə ?yenidən başlaya bilərlər’
DİA.AZ: - Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Ukraynanın şərqindəki separatçı qurumları tanıması belə bir sual yaradıb: Moskva konkret hansı əraziləri tanıyıb? DİA.AZ xəbər verir ki, AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Robert Koalson bu haqda yazır.

Rusiyanın dəstəklədiyi separatçılar 2014-cü ildə Donbasda torpaqları tutanda tanınmayan “konstitusiyalar” yaradıb, Luqansk və Donetsk vilayətlərinə (oblast) bütünlükdə iddia ortaya qoyublar. Bu vilayətlərin ümumi ərazisi 53 min 200 kv kilometrdən böyükdür.

2015-ci ildə əldə olunan atəşkəs Kiyevlə Rusiyanın dəstəklədiyi qüvvələrin müharibəsinə son qoya bilmədi, tərəflər təmas xətti ilə ayrıldılar. Ərazinin üçdə ikisi, o cümlədən Azov dənizi sahilindəki Mariupol liman şəhəri Ukrayna ordusunun nəzarətində qaldı. Separatçılar vilayət paytaxtları Donetsk və Luqansk daxil olmaqla regionun üçdə birinə nəzarət edirlər.

Putinin fevralın 21-də verdiyi fərmanda yalnız separatçıların nəzarətində olan, yoxsa iddia etdikləri ərazilərin müstəqilliyini tanıdığı bəlli olmur.

Putin özü aydınlıq gətirir

Moskva Karnegi Mərkəzinin təhlilçisi Konstantin Skorkin ötən həftə, hələ Rusiya parlamenti tanıma məsələsini müzakirə edəndə sərhəd məsələsinin vacib olduğunu deyirdi.

“Separatçılar ərazi bütövlüyü üçün müharibəyə yenidən başlaya bilərlər. Bu isə gərginliyin artması, onların ərazi iddiaları əsasında hərbi fəaliyyətin bərpası demək olar, bir yolla Rusiya qüvvələrini də cəlb edər”, – təhlilçi qeyd edib.

Putin fevralın 22-də separatçıların tanınmasına aydınlıq gətirərək onların ərazi iddialarını tanıdığını bildirib. Bu isə Ukraynada hərbi münaqişənin böyüməsi deməkdir. Putin eyni zamanda bu məsələlərin “dinc yolla” həll oluna biləcəyinə ümidini bildirib.

Kiyev Donbasda hərbi fəaliyyətlə məşğul olmadığını, təmas xəttində atışmanın separatçılar tərəfdən gəldiyini bildirir. ABŞ-ın hesablamasına görə, Rusiya Ukrayna sərhədləri yaxınlığına və ilhaq etdiyi Krıma 190 minədək qoşun cəmləyib. Kiyev və Qərb ölkələri böyük hücumun gözlənildiyini deyirlər.

Separatçılar hərəkətə keçiblər

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Putinin ölkə xaricində hərbi qüvvə yeritməklə bağlı xahişini tələsik təsdiqləyib. Səsvermədən öncə Müdafiə nazirinin müavini Nikolay Pankov dəlil göstərmədən deputatlara deyib ki, “Ukrayna rəhbərliyi zorakılıq və qan axıtma yolunu seçib”. O, separatçı qurumların “sərhədlərində” Ukraynanın 60 minlik hərbi qüvvə, hərbi texnika cəmlədiyini iddia edib.

Separatçıların təmsilçiləri isə hələ Putin niyyətini aydın ifadə etməzdən öncə bütöv əraziyə iddialarını dilə gətirməyə başlamışdılar.

Luqanskda aparıcı separatçı Dmitri Xoroşilov fevralın 22-də jurnalistlərə bildirib ki, onların elan etdiyi “xalq respublikası” müharibədən öncəki Luqansk Oblastını bütünlükdə əhatələyir və onun bəzi hissələrini “Ukrayna qüvvələri tutub”.

Separatçılar Kiyevdən iki regiondakı hərbi qüvvələrini geri çəkməyi tələb ediblər.

Qarışıq bəyanatlar

Fevralın 22-də Rusiya rəsmiləri Putinin niyyətlərindən əmin görünmürdülər. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, iki qurum “elan olunduqları sərhədlər daxilində” tanınıblar. Ancaq bu bəyanat çox ziddiyyətlidir, çünki separatçıların iddia etdikləri – Donetsk və Luqansk vilayətlərinin sərhədləri onların nəzarət etdiyi sərhədləri çox aşır.

Peskovun sözləri Moskvanın qəsdən qarışıqlıq yaratmaq niyyətini də göstərə bilər. Çünki Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra qeyd edirdi ki, Rusiya variantları açıq saxlamaq istəyir, yəni, əlavə ərazi iddiaları təhdidi ehtiyatda qala bilər.

“Burda təəccüblü bir şey yoxdur… sərhədləri qərarlaşdırılmayan, yaxud sadəcə, müəyyənləşdirilməyən xeyli suveren ölkə var. Bu, gələcəyin işidir, həll ediləcək məsələdir”, – o deyib.

“Tammiqyaslı hücum”

Kremlin siyasətini dəstəkləyən tanınmış rusiyalı şərhçi Vladimir Solovyov isə Telegram-da yazıb ki, Donetskdəki separatçılara “Azov dənizinə çıxış, Mariupol limanına nəzarət lazımdır”.

Separatçı qurumlar “Donetsk və Luqansk oblastlarının 2014-cü ilin əvvəlindəki sərhədləri daxilində tanınacaqlar”, – o yazıb.

Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı, siyasi təhlilçi Aleksandr Baunov yazır ki, Rusiyanın separatçıların ərazi iddialarını tanıması “Ukraynaya və onun vasitəsilə Qərbə hərbi təzyiqinin azalmaması” demək olar.

Dövlət Dumasının keçmiş liberal üzvü İlya Ponomaryovun mövqeyincə, Moskvanın separatçıların əlavə ərazi iddialarını tanıması “tammiqyaslı hücuma bərabər olar və ona belə yanaşılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru