Arkadağın dəyişiklik məntiqi və varisdən gözləntilər: - klanlar Sərdara imkan verəcəkmi?
Tarix: 24-03-2022, 11:03 | Çap et
Türkmənistanın artıq sabiq olan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov ölkənin yeni Prezidenti seçilib. Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) elan etdi ki, martın 12-də keçirilmiş seçkilərin nəticəsinə görə, oğul Berdiməhəmmədov seçicilərin 72,97 faizinin səsini qazanıb. Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17 faizi deməkdir. Berdiməhəmmədov seçkilərdə namizəd olan 9 namizəd içərisində 73 faizə yaxın səslə birinci olub.
Atasının postunu tutan Berdiməhəmmədov martın 19-da Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb. Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
“Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, - məlumatda deyilir.
Türkmənistanla bağlı informasiyalar məhdud olduğu üçün, Berdiməhəmmədovun andiçmə mərasimi barədə məlumatlar elə də çox deyil. Qanuna əsasən isə yeni dövlət başçısınını inauqurasiyasında Türkmənistan Parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Mərkəzi Seçki Komissiyası, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak edirlər.
Andiçmə mərasimindən sonra oğul Berdiməhəmmədova dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.
Uzun illərdir Türkmənistanın şəriksiz lideri olan Arkadağ - Qurbanqulu Berdiməhəmmədovun fevral ayının sonunda ani qərarla istefa verdiyini açıqlaması, bundan sonra növbədənkənar seçkilərlə oğlunu hakimiyyətə gətirməsi o qədər təəccüblü görünməsə də, müəyyən suallar yaradıb.
Berdiməhəmmədovun indiki məqamda türkmənistan Prezidenti kürsüsündən getməsi səbəbləri, oğlunun ölkəni nə dərəcədə uğurlu edəcəyi ilə bağlı suallar açıq qalmaqdadır.
Yeri gəlmişkən, ata Berdiməhəmmədov tam olaraq hakimiyyətdən getmir. Belə ki, 2020-ci ildə parlament islahatı aparıldı, bu müddət ərzində Xalq Maslaxatı parlamentin yuxarı palatası, Məclis isə aşağı palatası oldu. Konstitusiya Türkmənistan Prezidentinin parlamentə seçilməsini qadağan etsə də, Xalq Maslaxatına şəxsən Arkadağın özü rəhbərlik edir. Q.Berdiməhəmmədov bu postunda qalacaq. dia-az.life-ın məlumatına görə, politoloq İlqar Vəlizadə AYNA-ya ata Berdiməhəmmədovun hakimiyyəti oğul Berdiməhəmmədova ötürməsi zərurətindən danışarkən deyib ki, Berdiməhəmmədovun şəxsi həyatı ilə bağlı amillər vardı ki, bu ətrafda bir çox fərziyyələr mövcuddur.
“Düzdür, Berdiməhəmmədov o qədər də yaşlı deyil, amma görünür ki, səhhəti ilə bağlı müəyyən problemlər var”, - analitik ehtimalını bölüşüb.
Vəlizadə vurğulayıb ki, ümumiyyətlə, Türkmənistanda dövlət modeli Qazaxıstandan, Özbəkistandan fərqlənir: “Mərkəzi Asiyaya vahid region kimi baxılır, bəzən dövlətlərin də eyni sistemlə idarə edildiyini düşünənlər var. Amma bu, yanlış yanaşmadır. Mərkəzi Asiya ölkələrinin hər birində müxtəlif dövlət modelləri var. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan - bu dövlətlərin idarəçilik modelləri bir-birindən tamamilə fərqlidir, bir-birinə uyğun deyil. Qırğızıstan modeli tamam fərqlidir və s. Hər ölkənin öz məntiqi olduğu kimi, hər ölkədə gedən proseslərin də öz məntiqi mövcuddur. Məsələn, Türkmənistandakı proseslərin məntiqi ilə Qazaxıstandakı proseslərin məntiqi tamamilə fərqlidir”.
“Bütün hallarda, Türkmənistanda dəyişiklik labüd, qaçılmaz idi. Bunu görən Berdiməhəmmədov istədi ki, hakimiyyətinin ötürülməsi onun nəzarəti altında həyata keçsin. Həm də oğlunun siyasi mövqelərinin möhkəmlənməsini istədi. Berdiməhəmmədov oğlu Sərdarı təkcə ailə varisi kimi yox, siyasi varisi kimi də görürdü. Ona görə də bu addımı atdı. Bəlkə bir qədər tez idi, gözləmədi ki, qocalıb tam əldən düşsün. Lakin Berdiməhəmmədovun məntiqinə görə, Türkmənistan üçün onun siyasi xətti daha uğurludur”, - deyə politoloq əlavə edib.
Analitik xatırladıb ki, Berdiməhəmmədov uzun illər idi ki, oğlu Sərdarı hakimiyyət başına hazırlayırdı: “Uzun müddət idi ki, Sərdar müxtəlif vəzifələrdə işləyirdi. Xüsusilə də inzibati orqanlarda mühüm postlar tutmuşdu. Türkmənistan qapalı ölkədir, real informasiyalar azdır. Amma nəticə çıxarmaq olar ki, Sərdarın adı Türkmənistan daxilində çox da mənfi hallanmayıb. Berdiməhəmmədov bu amilləri əlbəttə, nəzərə aldı”.
“Onun ölkəni necə idarə edəcəyini, nə qədər hakimiyyətdə qala biləcəyini söyləmək çətindir. Çünki Türkmənistan qapalı ölkədir, informasiyalar azdır. Digər tərəfdən, Türkmənistan daxilində klanlar var, müxtəlif dairələr var. Həmin klanlar Qurbanqulu Berdiməhəmmədovun liderliyini qəbul etdikləri müddətdə Sərdar effektiv fəaliyyət göstərə biləcək. Çünki ata Berdiməhəmmədov tamamilə siyasi səhnədən getməyib və o, dövlətə nəzarəti həyata keçirəcək”, - deyə siyasi icmalçı fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|