Ukrayna müharibəsinin üç ssenarisi, hətta dördüncü də var - GƏLİŞMƏ
Tarix: 26-03-2022, 08:58 | Çap et
İndiki təcavüzün başlaması ilə Rusiyanın nəinki keçmiş sovet respublikalarının xalqlarına, hətta onların hakimiyyətlərinə müsbət təsirini demək olar ki, tamamilə itiridiyi tam hiss olunur. Kremlyönümlü dezinformasiya mediası tərəfindən tam zombiləşdirilməmiş şəxslərin bu ölkədəki hakim rejimlə bağlı heç bir illüziyası yoxdur və onların heç biri öz dövlətinin onunla sıx siyasi və iqtisadi əməkdaşlıq etməsini istəməz. Əgər postsovet ölkələrinin hakimiyyətlərində Putinə qarşı nəsə varsa, bu, qorxudur, çünki, o, insani hörmətə yer qoymayıb. İndi isə keçmiş sovet məkanının gələcək üçün bir neçə variantı var.
Putin müharibədə uduzur, o, hakimiyyətdən məhrum edilir və Rusiyanın başında demokratik qüvvələr dayanır - variantların ən yaxşısı. O zaman bu ölkə ilə normal və bərabərhüquqlu münasibətlər qurmaq mümkün olacaq.
Amma əgər Putin, Allah eləməmiş, Ukraynada öz məqsədlərinə nail ola bilsə, o zaman o, SSRİ-nin bütün digər keçmiş əraziləri ilə ciddi məşğul olmağa başlayacaq - son həftələr bunu bir çox nüfuzlu analitiklər əminliklə deyirlər.
Üçüncü variant: əgər ukraynalılar dünyanın digər ölkələrinin köməyi ilə rusları öz ölkələrindən qovmağı bacarsalar, lakin Putin rejimi yıxılmasa, o zaman bütün postsovet ölkələri Moskvanın daha da qıcıqlandırıcı diqqətindən qurtulmaq barədə ciddi şəkildə düşünməli olacaq. Avrasiya İqtisadi İttifaqı (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Gömrük İttifaqının (Gİ) üzvü olanlar üçün vəziyyət daha çətindir - onlar bu kremlaltı birliklərdə üzvlük öhdəliklərindən necə qurtulmaq barədə düşünməli olacaqlar.
Bu hadisələr necə baş verəcək? Gələcək üçün bu variantlardan hansı bugünkü reallıqlara daha uyğundur? dia-az.life xəbər verir ki, AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Rusiyalı jurnalist, bloger Aleksey Romanov:
“Dördüncü variant var. Ukraynada və Rusiyada nəyin baş verməsinin heç bir əhəmiyyyəti yoxdur. Yeganə vacib olan odur ki, dünya dəyişdi - Azərbaycan və Rusiyanın səyləri ilə xarici siyasət məsələlərinin həlli üçün güc tətbiqinə qoyulan qadağa aradan qaldırıldı.
İl yarım əvvəl Azərbaycan öz silahlı qüvvələrinin köməyi ilə Qarabağ məsələsini uğurla həll etmişdisə, indi Rusiya da Ukrayna məsələsini eyni şəkildə - hərb yolu ilə həll etməyə çalışır. 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Ukraynada qaydalardan istisna olan məqam indi adi qaydaya çevrilib.
Ölkələr 80 il əvvəl olduğu kimi, yenə də gücün köməyi ilə hər şeyi yoluna qoymağa hazırdır. Bu məntiq avtoritar hakimiyyət sisteminə malik dövlətlər tərəfindən daha rahat qəbul edilir, lakin demokratiyalar da çox uzun müddət əsaslı pasifist qalmağa tab gətirə bilməz. Eyni Polşanın ordusunu iki dəfə artırmaq qərarı da bundan xəbər verir.
Dövlətlərarası münasibətlərin yeni, güclü məntiqi bizi ittifaqlar probleminə və dövlətlərin bir-birini dəstəkləməsi imkanlarına yenidən nəzər salmağa məcbur edir. Son vaxtlara qədər “soyuq müharibə”nin yadigarı sayılan “blok təfəkkürü” birdən-birə yenidən aktuallaşdı. Kiməsə qarşı kiminləsə dostluq etmək yenə zərurətdir.
Ona görə də hesab edirəm ki, MDB, Aİİ, KTMT kimi birliklər yaxın gələcəkdə nəinki dağılmayacaq, əksinə, əsl intibah yaşayacaq və yeni səviyyəyə qalxacaq. KTMT-nin hərbi cavab mexanizminin ilk dəfə necə işə düşdüyünü Qazaxıstanda gördük. Biz Aİİ ölkələrinin qarşılıqlı hesablaşmalarda dollardan imtina etməyə necə intensiv hazırlaşdıqlarını görürük. Bu cür yaxınlaşmanın başqa nümunələrini görəcəyik. Yeni dünya - yeni qaydalar tələb edir”.
Ukraynalı analitik, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:
“Gələcək dəyişkəndir və daha çox dəyişənlərdən, sabit trendə girib hər şeyi alt-üst edən “qara qu quşları”ndan asılıdır. Tutaq ki, klassik “qara qu quşu” müharibədir. Məsələn, Putinin müharibənin nə vaxt başlayacağına özü qərar vermək təşəbbüsü var. Ona həqiqətən də planlarından məlumatı olan amerikalılar və olimpiada keçirən çinlilər mane oldular. Amma indi o, müharibəni dayandıra da bilmir, çünki müharibə öz ssenarisi üzrə inkişaf edir və müharibəni başladan hökmdarın iradəsi artıq həlledici deyil.
Təbii ki, Putin Ukraynanı fəth etmək cəhdinin mənasızlığını indi də dərk edə bilər, lakin o zaman təbəələrinin gözündə tam axmaq kimi görünəcək. Qulların isə gücünü itirmiş ağasına nə etdiyi məlumdur.
Ancaq təklif olunan variantlardan danışaq. Tutaq ki, Moskva Ukraynada hansısa məhdud məqsədlərə nail ola bilir və onları qələbə kimi öz əhalisinə sırıyır. Bundan sonra isə vəziyyətdən asılı olaraq Moldovadan tutmuş Azərbaycana kimi bir sıra ölkələrin suverenliyi təhlükə altına düşür. Məhz onlar Rusiyanın ekspansiyasının hədəfinə çevrilirlər.
Niyə? Çünki moskvalılar öz vəzifələrini belə görürlər - 20-ci əsrin geosiyasi fəlakətini aradan qaldırmaq, başqa sözlə, Rusiya imperiyasını bərpa etmək. Ancaq Ukraynanın uğurlu müdafiəsinə görə belə bir ssenarinin baş vermə ehtimalı azdır. Burada heç bir illüziya olmamalıdır. Moskvalıların digər ölkələrin suverenliyinə hörmətlə yanaşacağına inanmaq Lavrovun Rusiyanın Ukraynaya hücum etməməsi ilə bağlı iddialarını ciddi qəbul etmək qədər absurddur.
Buna görə də postsovet məkanının bütün ölkələrinin maraqları baxımından, sizin rəhbərliyinizin moskvalılardan qorxması və ya ehtiyat etməsindən asılı olmayaraq, Putin və Lukaşenkodan mümkün qədər uzaqda dayanmaları daha yaxşdır. İqtisadi cəhətdən bütövlükdə bütün postsovet ölkələrindən yüzlərlə dəfə güclü olan Çin üçün yalnız sanksiyalardan yan keçmə cəhdləri haqqında danışmağın özü birjada əhəmiyyətli enişlə nəticələnirsə, bəs digərləri haqqında nə demək olar?
Ərzaq təhlükəsizliyi ilə bağlı - müharibə artıq ərzaq bazarında qıtlığın formalaşmasına gətirib çıxarıb və dünyanın əksər hissəsini aclıq təhlükəsi ilə üzləşdirib. Bu barədə düşünməyə dəyər. Bu və növbəti illərdə regionu hansı kataklizmlər gözləyir? Gözlənilən hadisələrin fonunda 2010-12-ci ilin “Ərəb baharı” sadəcə oyuncaq kimi görünəcək.
Buna görə də, bəli. Biz mümkün qədər tez uzaqlaşmalıyıq. Və mütləq özünüzü macəraya cəlb etməyə imkan verməyin, Moskvanın müharibə ətçəkəninə oğullarınızın, qardaşlarınızın və atalarınızın başqa bir partiyasını udmaq şansı verməyin. Buna görə də bütün xalqların aktual şüarı bütün dillərdə aydın səslənir: “Moskvadan uzaqlaş!”, çünki orada ölüm var”.
İsrailli publisist Aviqdor Eskin:
“Hərbi əməliyyatların gedişi Rusiya üçün qalibiyyət tendensiyalarını aşkar etmədi. Taktiki nüvə silahından istifadə imkanını istisna etmək olmaz. Kütləvi mülki ölümlər məqsədi ilə deyil, 1945-ci ildə Yaponiyanın təslim olmağa məcbur edilməsi hadisəsində olduğu kimi, qorxutma effekti üçün. Belə bir ssenari Moskvada bəziləri tərəfindən nəzərdən keçirilir, lakin belə olacağını qətiyyətlə demək olmaz.
Hazırkı vəziyyət o qədər irrasional və gözlənilməzdir ki, bütün variantlar açıqdır. “Zəbur” kitabında dəqiq təsbit edilb ki, “Padşahların ürəyi Uca Allahın əlindədir”. Adi rasional hesablama burada kifayət etməyəcək.
Əgər Rusiya güc nümayiş etdirib qələbəyə iddialı olsa, o zaman gözləmək olar ki, SSRİ-nin bir çox keçmiş dövlətləri ona tərəf çəkiləcək. Bununla belə, Rusiya tərəfindən hərbi və iqtisadi aspektdə güc təzahürünün mümkünlüyü çox şübhəlidir. Qonşularına gəlincə, bu gün Azərbaycan rəhbərinin göstərdiyi ehtiyatlılıq məqsədəuyğun və ağlabatan görünür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|